Faiq Ağayev yenə tüğyan etdi – FOTO
Hər tədbirə gəlişi ilə xüsusi rəng qatan xalq artisti Faiq Ağayev ötən həftə baş tutan “Dosso Dossi” dəb şousuna qatılıb.

LEGİON.AZ-ın məlumatına görə, estrada ulduzu podiumda görünər-görünməz zalda əyləşənləri coşdurub. “-40 dərəcə” adlı mahnını ifa edən 100 % F.A bu dəfə də tək gəncləri deyil,  elə 40 yaşından yuxarı kəsləri də yerindən oynadıb.

Bitməz enerji, mükəmməl ifası və ulduzlara layiq səhnə etikası ilə seçilən xalq artisti  hər zaman olduğu kimi yenə dəbin zirvəsində idi.

LEGİON.AZ