“Qafqaz Xəbər” qəzeti bəyanat yaydı
“Qafqaz Xəbər” qəzetini təsis edən “Qafqaz Xəbər Agentliyi”nin baş direktoru Araz Məmmədov Legion.az saytına bildirib ki, son vaxtlar bəzi dələduz-işbazlar “Qafqaz Xəbər Agentliyi”nin və “Qafqaz Xəbər” qəzetinin adından öz məqsədləri üçün istifadə edirlər.

Belə ki, həmin dələduz-işbazlar bəzi məmurlarla əlbir olaraq özlərini onların vasitəsi ilə bir sıra dövlət orqanlarına soxularaq orada özlərini “Qafqaz Xəbər Agentliyi” MMC-nin “xozeyni” kimi nümayiş etdirərək, öz məkrli əməllərini həmin dövlət orqanlarında həyata keçirtməyə cəhd edirlər.

Mən bu barədə dəfələrlə mətbuata müraciət etmişəm və yenidən müraciət edərək bildirirəm ki, “Qafqaz Xəbər Agentliyi” MMC 18.02.2014-ci il tarixdə təsis olunub. “Qafqaz Xəbər Agentliyi” MMC-nin təsisçisi olduğu “Qafqaz Xəbər” adlı qəzet isə 20.07.2017-ci il tarixdə təsis olunub.

Agentliyin təsisçisi Mahmud Rasim oğlu Tağıyevdir və Mahmud müəllim tərəfindən agentliyin baş direktoru vəzifəsinə mən təyin olunmuşam. Soyadı, mənim və yaxud da təsisçinin soyadı ilə eyni olan kimsə dövlət müəssələrinə daxil olub özünü “Qafqaz Xəbər Agentliyi” MMC-nin sahibi və ya baş direktoru kimi təqdim edirsə, xahiş edirik Agentliyin “Qaynar xətt” telefon nömrəsinə (050 490-21-41) bildirilsin.

Bizə daxil olan siqnallarda bildirilir ki, bir “işbaz” özünü agentliyin sahibi kimi təqdim edərək bir neçə dövlət orqanlarında öz kommersiya işlərini aşırtmaq istəyir. Hətta ona bu yolda yardımçı olan yüksək rütbəli məmurun adı da çəkilir.

Hal-hazırda bu istiqamətdə “Qafqaz Xəbər” qəzetinin jurnalistləri araşdırma aparırlar və bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Bu cür hadisə “Qafqaz Xəbər Agentliyi” üçün ilk deyil. Belə ki, 2016- cı ildə Qürbət Yusubov adlı bir şəxs Agentliyin adından istifadə edərək Şəmkir rayonunda bir neçə şəxsi aldadaraq onların pullarını mənimsəmişdir. O vaxt bu barədə Daxili İşlər naziri cənab Ramil Usubova müraciət olundu. Nəticədə Qürbət Yusubov saxlanılaraq həbs olundu.

Bir daha oxucularımızdan xahiş olunur ki, bizim – “Qafqaz Xəbər Agentliyi”nin adından hardasa, kimsə istifadə edirsə Agentliyin qaynar xəttinə(050 490-21-41) müraciət etsinlər. Agentliyin fəaliyyət dairəsi böyüdükcə “dələduz- işbazlar”ında niyyətləri artır və onlar tanınmış Agentliklərin adından istifadə etməklə cinayət yolu ilə qazanc əldə etməyə cəhd edirlər.

Murad İbrahimli

LEGİON.AZ