Fanatlardan Aygün Kazımovaya jest - Foto
Xalq artistinin fanatları Aygün Kazımovanı çox təəccübləndiriblər. Bu dəfə onlar Aygün Kazımova  üçün instagramda fan-club yaradıblar.

LEGİON.AZ -ın məlumatına görə,  "Aygunfansclub" səhifədə Aygünün şəkil qalereyası, arxiv materiallar, yaradıcılığı haqqında ətraflı məlumat, mahnıları  və mahnı sözləri yer alacaq.

Qeyd edək ki, bu, Aygün Kazımova üçün hazırlanan birinci sürpriz deyil. Fanatlar hər zaman sevdikləri müğənnini sevindirməyə çalışıblar.

LEGİON.AZ