1 saylı poliklinikada peyvənd alveri?- Nazirlik məsələni nəzarətə götürür
Nəsimi rayonunda yerləşən 1 saylı uşaq poliklinikasından şikayət var. Uşağını peyvənd üçün poliklinikaya aparan valideynə sahə həkimi tərəfindən vurulacaq peyvəndin məsləhətli olmadığı bildirilib. Məsələni sosial şəbəkədə ictimailəşdirən Elmar Nurəliyevin yazdığına görə, dövlət polinklinikasından belə bir etirafın edilməsi anlaşılan deyil: “Evdən uşağı 1 nömrəli poliklinikaya peyvənd vurmağa aparıblar.

Oradan deyiblər ki, bizdə iynələr məsləhətli deyil. Sonra nəsə olsa, bizlik deyil. Gedin iynəni “Nizami” metrosu ilə üzbəüz Zivər Əhmədbəyov küçəsində yerləşən "Zərdab Kabineti " deyilən yerdən alın gətirin, vuraq.Bilmirəm, bu, nə məsələdir? Dövlət poliklinikasının belə deməyi, göndərdiyi yerin hara və niyə olması, oradan alınan iynəyə nə dərəcədə inanmalı olmağımızı anlaya bilmirəm”.

Məsələ ilə bağlı Nəsimi rayonu 1 nömrəli uşaq polinklinikası ilə əlaqə yaratdıq. Polinklinikanın baş həkimi Ceyran Məmmədova Cebhe.info-ya açıqlamasında deyib:“Sizə verilən bu informasiya düz deyil. Bəlkə başqa yerdən belə bir informasiya verilib? Belə bir şey ola bilməz. Sizin sözünüz varsa, buyurun şikayətlə müraciət edə bilərsiniz” .

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə məsələ ilə bağlı araşdırma aparacaqlarını bildirib.cebhe.info

LEGİON.AZ