MƏMUR OĞLU TƏLƏBƏ QIZA NAZİR YAVƏR CAMALOVUN OTELİNDƏ TƏCAVÜZ ETDİ - TƏCİLİ
Vəkil Vaqif Əhmədov: «Hörmətli Zakir müəllim! Hüquqlarını müdafiə etdiyim azyaşlı Aidə Həsənli (ad şərtidir) Azərbaycan İdman Akademiyasının tələbəsi Fərid Cəfərli tərəfindən gecə saatlarında «Ambasador» Otelinə aparılıb və orada təcavüzə məruz qalıb, bu cinayət hərəkəti 8 aydır prokurorluq və polis orqanlarında yekunlaşdırılmır»

«Fərid Cəfərlinin anası Firəngiz Həsənova Bakıdakı 53 nömrəli məktəbin direktoru, atası Ramil Cəfərov isə SOCAR-da auidit işlədiyindən istintaq görünməmiş süründürməçiliklə məşğuldur…»

Ötən gün «Təzadlar»da «Qızlar, sözüm sizədir» başlıqlı müəllif yazısı dərc olunmuşdur. Yazıda əsas hədəf gənc qızlar və oğlanlardır. Müəllif son illər Azərbaycanda boşanmaların sayının durmadan artması fonunda gənc oğlanların evlənmək üçün qızlar arasında seçim etməkdə tərəddüd etmələrinə və s. səbəblərə diqqəti çəkir. Yazının əsas hədəflərindən biri də valideynlərdir. Yaşı 30-u keçmiş oğlanların hələ də subay qalmasının elə əsas günahkarı da valideynlərdir. Bir qism gənc oğlanlar qızlara bəlli səbəblərdən etibar edə bilmirsə, bir qismi də bəzi valideyn nəzarətindən kənar qızlara qoşulub ailə qurmağa hazır illərini gənclik həvəsi ilə boşa verir. Bəs valideynlər oğlanlarının bu həyat tərzini görmürlərmi? Niyə görmürlər, yaxud, görürlərsə, niyə ərköyün övladlarının bu həyat tərzinə susurlar???


Bakıdakı məşhur «Ambasador» Otelində baş verənlərin səsi Baş Prokurorluğa gedib çıxdı


Aşağıda bəhs edəcəyimiz ailə faciəsi də valideynlərin oğullarının ərköyün həyat tərzinə göz yummasının nəticəsində baş verib. Bəlkə də sadəlövlük etdiyindən gələcəyini risqə atan tələbə qızın həyatı ömürlük olaraq başqa bir universitetin tələbəsi olan, valideynləri pullu və imkanlı oğlan tərəfindən məhv edilir. Həyata zarafat kimi baxan gənc-tələbə oğlanın valideynləri, xüsusən də Bakıdakı tanınmış məktəblərdən birinin direktoru işləyən anasının da onun şıltaq həyat tərzinə zarafat kimi baxıb seyr etməsi sonda hər iki ailənin gün-güzəranını zəhərə döndərib…
 

***


Qızın atası F.Nəsibov neçə gündür «Təzadlar»a yazdığı şikayət məktubu ilə bağlı redaksiyamızda olur. Ziyalı insandır. Amma qürur onu hövsələdən çıxarır, ailəsinin pozulmuş, nəinki pozulmuş, məhv edilmiş, təcavüzə məruz qalmış hüquqlarını bərpa etmək üçün hər şeyə getməyə hazır kimidir… Təəssüflə deməliyik ki, qızının başına gələn müsibətlər onun vəzifə başında olarkən baş vermiş bir anlaşılmazlıqla əlaqədar həbsə atılması zamanı törədilib (O, həmin iş üzrə artıq bəraət alıb). «Məni yandıran da budur ki, ailəmizə faciələr gətirmiş Fərid Cəfərlinin anası Firəngiz Həsənova Bakıdakı 53 nömrəli məktəbin direktoru, atası Ramil Cəfərov isə SOCAR-da auidit işləyir və onlar oğlanlarının hansı əməllərə əl atdıqlarını bildikləri halda, onu bu yoldan çəkindirməyiblər… Mən həbsdə olan zaman Ramil Cəfərli evimizə basqın edir, həyat yoldaşımı döyür, qızımı şantaj edərək onu evdən aparır… İndi bir ailə başçısı kimi mənim vəziyyətimi qiymətləndirin… Ən pisi budur ki, Ramil Cəfərlinin valideynləri vəzifə və pul imkanları qarşılığında istintaqa təsir edirlər və billə-biləki bunun sonu yoxdur. Mən pozulmuş hüquqlarımızı nəyin bahasına olursa-olsun bərpa etməliyəm, günahkar və qudurğan gənc oğlan qanunun bütün gücü ilə cəzasını almalıdır, bu ləkə ən azı bu yolla üzərimizdən silinməlidir…», -deyən atanın psixoloji durumunu başa düşmək çətin deyil…


Prezident məmurlara övladlarının tərbiyəsi ilə ciddi məşğul olmağı tapşırsa da…


YAVƏR CAMALOVUN "AMBASADOR" OTELİNDƏ NƏ BAŞ VERİR?-İŞ BAŞ PROKURORLUĞA GEDİB ÇIXDI-YENİLƏNİR


Məlum olduğu kimi, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında məmurlara və onların övladlarına xəbərdarlıq edib, onların özbaşınalığa son qoymasını, vətəndaşları incitməməsini, qudurğanlıq və harınlıq etməməsini, əyləncəli həyatlarını gözə soxmamasını, sadə olmalarını tövsiyə edib. Lakin təəssüflər olsun ki, cəmiyyət hələ də ərköyün məmur övladlarının özbaşınalıqlarından yaxa qurtara bilmir. Prezidentin sərt reaksiyasından sonra təkcə son bir ildə 4 yüksək rütbəli məmur oğlu həbs edilib, özləri isə vəzifələri ilə vidalaşmalı olublar… Ən sonuncu hadisə, Baş nazirin mavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin Bakıda avtoşluq etdiyinə görə həbsi də bəzi məmurlara dərs olmadımı!?


***Bakı şəhər sakini F.Nəsibovun hüquqi nümayəndəsi Vaqif Əhmədovun faciə ilə üz-üzə qalmış ailənin Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova və surəti «Təzadlar» qəzeti redaksiyasına ünvanlı müraciətini oxuyanda bir daha cənab Prezidentin məmurlara və onların övladlarına tövsiyələrini xatırladıq. Bakının Səbail rayonunda yaşayan F.Nəsibovun hüquqi nümayəndəsi V.Əhmədovun ailə adından Baş Prokuror cənab Zakir Qaralova ünvanlı (surəti «Təzadlar» qəzetinə) müraciətində deyilir:


Hörmətli cənab Baş Prokuror!


Sizə müraciət edərək bir dəhşətli cinayətin səbəbkarlarına və onlara himayədarlıq edən hüquq-mühafızə orqanı əməkdaşlarına qanunla ən ciddi cəzanın verilməsini xahiş edirəm. Ulu Öndərimiz Heydər Əliyev demişdir ki, “Dövlət bir neçə sütun üzərində dayanır. Bu sütunlardan biri də Prokurorluq orqanlarıdır». Eyni zamanda, qeyd etmişdir ki, «Dövlət iki halda sarsıla bilər: günahsıza cəza veriləndə, günahkar cəzasız qalanda”.


Hörmətli cənab Baş Prokuror!


Hal-hazırda hüquqlarını müdafiə etdiyim müvəkkilim F.Nəsibovun ailə üzvlərinə qarşı baş vermiş görünməmiş dəhşətli cinayətə aylardır hüquq-mühafızə orqanlarının göz yumması və barədə heç bir tədbir görülməməsi hüquq- mühafizə orqanı əməkdaşlarının qanunsuzluğu, cinayəti öz şəxsi maraqları ilə ört-basdır etməsi, süründürməçiliyə yol vermələri, 8 aydan artıqdır ağır cinayət törətmiş şəxs barəsində hal-hazıra kimi həbs-qətimkan tədbiri seçilməməsi çox təəssüf doğuran haldır. Bunun səbəbi isə cinayət törətmiş şəxsin valideynlərinin vəzifəli şəxs və zəngin ailə olmalarıdır.


Hörmətli cənab Baş Prokuror!


İndi isə baş vermiş və bağışlanılmaz cinayətin təfsilatı barədə bunları bildirirəm: Müvəkkilimin qızı Aidə Həsənli (Müraciət Baş Prokurorluğa və redaksiyamıza təqdim olunduğu üçün ad şərtidir – red.) 2015-ci ildə tanınmış Universitetlərdən birinə qəbul olunub. Həmin il o, qrup yoldaşları ilə birlikdə universitetin yaxınlığındakı kafelərin birində çay və şirə içirmişlər. Orada hansısa bir formada zühur edən Bakı şəhər sakini Cəfərli Fərid Ramil oğlu tələbə qızın içdiyi çaya yuxu gətirən hansısa məhlul atıb və qız orada yuxuya gedib. Qeyd edim ki, Fərid Cəfərlinin anası Firəngiz Həsənova Bakıda 53 nömrəli məktəbin direktoru, atası Ramil Cəfərov isə Dövlət Neft Şirkətinin auditorudur.


Fərid Cəfərli əvvəlcədən düşünülmüş şəkildə çirkin niyyətini həyata keçirərək həmin kafedən qızı yardım etmək adı altında şəxsi /avtomobilinə mindirərək evlərinə aparmış və orada qıza qarşı cinsi zorakılıq etmişdir. Eyni zamanda öz mənzillərində təxminən bir neçə saat saxlamış və onunla yenə də qeyri-insani hərəkətlər edərək, ağır cinayət törətmişdir. Hadisədən bir neçə saat sonra qız yuxudan ayılarkən başqa bir ünvanda özünü tam çılpaq vəziyyətdə və Cəfərli Fərid tərəfindən ona qarşı cinsi zorakılıq törədildiyini görmüşdür. Aidə qışqıraraq kömək istəsə də, Cəfərli Fərid tərəfındən ona qarşı təzyiq və ölüm hədələri edilmişdir. «Bu hadisə barədə bir kəsə məlumat versən, əlimdə olan çılpaq video görüntülərini universitetdə və yaşadığın ərazidə yayaraq səni rüsvay edəcəyəm, kiçik qardaşını öldürəcəyik» deyə qıza hədə-qorxu gəlmişdir. Hazırkı vəziyyətindən qorxan və qardaşını ölüm təhlükəsindən qorumaq məqsədi ilə bu hadisəni heç kimə söyləməyəcəyinə söz verən Aidə həmin gün Cəfərli Fəridin əlindən qurtarmağa nail olmuşdur. O, qorxu içində bu dəhşətli hadisədən sonra evdə dəfələrlə intihara cəhd etsə də, anası və tibb işçilərinin səyi nəticəsində hadisənin qarşısı alınmışdır.


Buna baxmayaraq, yenə də Fərid Cəfərli qızın oxuduğu universitetə gələrək onu təhdid etmişdir ki, onunla vacib söhbəti var, məlum problemi yoluna qoyacaq, onu istəyir və s. Odur ki, onunla getməsə əlindəki video çəkilişi universitetin tələbələrinə paylayacaq, sonra da qardaşını oxuduğu məktəbdən oğurlayıb öldürücək. Fərid Cəfərli qorxu və həyəcan içərisində olan Aidəni idarə etdiyi maşına zorla oturdaraq əvvəlcədən danışdığı “Ambasador” otelinə aparıb və orada yenə öz çirkin niyyətinə nail olub… Sonradan qızın anasının polis orqanlarına və DİN-nin 102 xidmətinə şikayətindən sonra araşdırma aparılıb, istintaq oteldə çəkilişlər aparıb, baxış keçirilib, mühüm sübutlar toplanıb. Lakin bu günə kimi istintaqa dair prokurorluğun hansı qərar qəbul etməsındən xəbərsizik və nəticəsizlik bizi ciddi narahat edir. İş o yerə çatıb ki, Bakı şəhər Prokurorluğunun şöbə prokuroru müvəkkilimə qəbul edilmiş qərarların surətini belə vermək istəmir. İnanırıq ki, təqdim etdiyimiz əlavə maddi sübutlar cinayət işinə əlavə olunacaq və istintaqın fərqli səmtə yönəldilməsində əli olanlar ciddi cəzalandırılacaq.


Onu da xatırladım ki, təxminən 2016-cı il may ayının sonlarında canından bezmiş Aidə Fərid Cəfərlinin telefon zənglərini rədd etməklə cavab verməmişdir və telefonu söndürmüşdür. Telefon söndürüldüyünə görə Fərid Cəfərli 24 iyun 2016-cı il tarixində, gecə saatlarında ailənin yaşadığı ünvana gələrək qapını sındırıb evə daxil olmuş, Aidəyə əl və ayaq zərbələri endirərək ona xəsarət yetirmişdir. Bu zaman səs-küyə onun otağına daxil olan anası da Fərid Cəfərlinin yumruq, təpik zərbələrinə məruz qalmışdır. Bütün bunlar qonşuların şahidliyi ilə baş vermişdir. Bu basqın barədə DİN-nin 102 xidmətinə məlumat verilmiş, sonra Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları araşdırmalar aparmışlar. Lakin yenə də şəxsi maraqları nəticəsində Fərid Cəfərlinin barəsində heç bir ölçü götürülməmiş, ailə başçısı həbsdə olan ailə dəhşətli qanunsuzluqla üz-üzə qalmışdır. Cinayətləri törədən və barəsində heç bir tədbir görülməyən Fərid Cəfərlinin valideynləri baş vermiş cinayəti ört-basdır etməyə çalışmışlar və təəssüflə qeyd edim ki, buna nail də olmuşlar. Rayonun polis və prokurorluq əməkdaşları da bu cinayətə seyrçi qalmışlar.


Hörmətli cənab Baş Prokuror!


Baş vermiş bu ağır cinayətdən heç bir cəza almayan Fərid Cəfərli yenidən – 02.03.2017-ci il tarixində Aidənin təhsil aldığı universitetə gələrək, onun dərsdən çıxmasını gözləmişdir. Aidə dərsdən çıxan zaman ona qəflətən hücum etmiş, zorla maşına oturtmuş, avtomobilin içində qızı döyərək uzun saçından tutub /maşının əl tutacağına bağlamış, sonra qapıları avtomatik kilidləyərək özlərinə məxsus olan villaya aparmışdır. Sonra orada zor tətbiq etməklə onunla yenidən cinsi əlaqəyə girmiş, qeyri-insani hərəkət edib onu orada bir neçə saat saxlayandan sonra yenidən döymüş, öldürəcəyi ilə hədələmişdir. Fərid Cəfərli Aidəni öz mənzillərində təxminən 7-8 saat saxlayandan sonra onu anasının direktor işlədiyi 53 nömrəli məktəbin qarşısına gətirərək anası ilə birlikdə qızı öldürmək və harasa atmaq barədə plan qurmuşdur. Lakin bu zaman onun əlindən qaçmaq istəyən Aidənin bu vəziyyətini təsadüfən müvəkkilimin ailəsini tanıyan bir şəxs onu maşında pis vəziyyətdə görüb Fəriddən onu buraxmağı tələb etmişdir. Bunu etmək istəməyəndə isə o, DİN-nin 102 xidmətinə məlumat verəcəyini demişdir. Bundan qorxuya düşən Fərid Cəfərli qızı /maşından düşürüb buraxmışdır. O, yenidən Aidəyə bu barədə bir kəsə məlumat verərsə, özünün və qardaşının ölümünü düşünməsini bildirərək onu yenidən hədələmişdir. Dərhal evlərinə gələn Aidənin pis vəziyyətdə olduğunu görən anası hüquq-mühafızə orqanına təkrar ərizə ilə müraciət etmişdir. İşin təhqiqatı Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində aparılsa da, PB-nin isntintaq şöbəsinin əməkdaşları ilə yanaşı, Səbail rayon Prokurorluğunun əməkdaşları da cinayəti ört-basdır edərək, süründürməçiliyə yol vermişlər. Hətta 02.03.2017-ci il tarixindən hal-hazıra kimi bu dəhşətli cinayətə göz yummaqdadırlar. Lakin hal-hazırda işin Bakı şəhər Prokurorluğunda olması və orada da 2 aydan artıqdır eyni üsulla istintaqının aparılması bu dəhşətli cinayəti, bu bağışlanılmaz cinayəti ört-basdır etməklə – təqsirləndirilən, şübhəli şəxsin 8 aydır azadlıqda gəzməsinə şərait yaradırlar.


Hörmətli Zakir müəllim!


Müvəkkilim F.Nəsibov bir Azərbaycan vətəndaşı olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək II qrup əlil olaraq xahiş edib ki, bu dəhşətli, bağışlanılmaz cinayəti törədən şəxs və şəxslərin barəsində ictimaiyyəti bu barədə məlumatlandırım. Çünki ailə istintaq orqanına inanıb etibar etdiyi müddətdə tamamilə əks mövqe ilə qarşılaşmışdır. Ailənin Sizə müraciətlə yazdığı ərizə isə ola bilsin diqqətinizə çatdırılmır. Amma bu dəfə bunları nəzərə alıb, bəzi istintaq motivlərini və sirlərini nəzərə alıb sadəcə hadisə barədə Sizi məlumatlandırmağı özümün nümayəndə borcum bildim. İnanırıq ki, möhtərəm Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, vəzifələri şəxslərin harın və qudurğan övladları ilə əlaqədar ciddi ölçü götürülməsi vacibdir, əks halda, daha ciddi və dəhşətli cinayət hadisələri baş verə bilər.


Redaksiyadan: hazırda əməkdaşlarımış redaksiyaya daxil olmuş şikayət ərizəsi və digər prosessual maddi sübutlar və zərərçəkənin müsahibəsi əsasında KİV qanunvericiliyinin tələblərinə uyğun araşdırma aparır… Artıq şikayətdə adı çəkilən Fərid Cəfərlinin təhsil aldığı universitet rəhbərliyi, eləcə də «Ambasador» Otel Kompleksinin rəhbərliyi, həmçinin baş vermiş cinayət hadisəsi ilə bağlı polis və prokurorluq orqanları ilə əlaqə yaratmaqda, mövqelərini öyrənməyə çalışırıq. Dünən isə «Ambasador» Otel Kompleksinin rəhbərliyinə zəng vurduq. Telefona cavab verən şəxsə məsələ ilə bağlı məlumat verdik. Söz verdi ki, bir neçə dəqiqəyə rəhbərlik özü zəng vuraraq mövqeyini açıqlayacaq… Az keçmiş bizə başqa bir mobil nömrədən zəng gəldi və özünü otelin rəsmisi kimi təqdim edən şəxs bildirdi ki, rəhbərlik iclasdadır, az sonra əlaqə saxlanılacaq… Yarım saat sonra yenidən həmin şəxs redaksiyaya zəng vurdu və bildirdi ki, «Bizim «Ambasador» Otelinin İşad adlı hüquqşünası var və «Azərbaycan» nəşriyyatında oturur, nə sualınız varsa, ona müraciət edin…». Lakin biz həmin şəxsin diqqətinə çatdırdıq ki, oteldə baş verdiyi ehtimal edilən ağır cinayətin detallarını hansısa hüquqşünasla deyil, rəhbərliklə çözməli, münasibətini öyrənməliyik. Çünki bizə müvafiq maddi sübutlar təqdim edilib və sualımız ondan ibarətdir ki, gecə saatlarında həmin otelə sənədsiz gəncləri kim buraxıb və sair… Və belə çıxırdı ki, Bakıda məşhur bir vəzifəli şəxsə mənsub olan «Ambasador» Otul-Restoranına hansısa hüquqi problemlərlə müraciət edən vətəndaşa «Azərbaycan» nəşriyyatına gəlməsi lazım olacaq? Doğrudanmı bu boyda otel-restoranın hüquqşünasına otelin özündə oturmağa yer tapılmır?!


O ki qaldı Fərid Cəfərlinin özünün və Bakıdakı 53 nömrəli məktəbin direktoru işləyən anası Firəngiz Həsənovanın, həmçinin SOCAR-da audit işləyən atası Ramil Cəfərovun mövqeyinə, onların mobil və iş telefonlarına etdiyimiz zənglərə cavab verilmir. Bununla belə, araşdırma zamanı öyrəndik ki, bir neçə ay əvvəl bu dəhşətli hadisə barədə ilkin məlumat yayılanda bəzi KİV əməkdaşları hər iki valideynin mövqeyini öyrəniblər, artıq mətbuatda yayımlanıb. «Təzadlar» olaraq onların da mövqeyini öyrənməyə hazırıq…


Xatırladırıq ki, bu gün zərərçəkmişin atası Fəqan Nəsibob artıq Bakı şəhər Prokurorluğunda və Baş Prokurorluqda olmuşdur… Daha ətraflı yazı “Təzadlar”ın növbəti sayında dərc ediləcək… Qeyd edək ki, adı çəkilən “Ambasador” Otel Kompleksinin Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalova məxsus olduğu deyilir.Təzadlar

LEGİON.AZ