Sibel Cana qarşı DƏLƏDUZLUQ: “5 ildir pulumuzu ala bilmirik”
Sibel Can ona qarşı dələduzluq edən şirkət sahibdən pullarını ala bilmir.
İstanbul Polis İdarəsi Maliyyə Cinayətlərlə Mübarizə Şöbəsinin İdarəsi dörd il əvvəl qiyməti aşağı göstərilən lüks istehlak və gömrük vergisi aşağı ödənən avtomobillərə qarşı istintaq başladıb. Araşdırmalar nəticəsində məlum olub ki, Sibel Canın "Mercedes” cipinə də 1 Noyabr 2012-ci ildə əl qoyulub. 2009-cu ilə aid olan model cipin daha əvvəl ABŞ-da istifadə edildiyini öyrənən Sibel Can vəkili Bülənd Ernas vasitəsilə avtomobili ona satan şirkəti məhkəməyə verib.
Ekspert hesabatında Cana 2009 model - deyə satılan avtomobilin 2008 model olduğu və onun 2008-ci ildə ABŞ-da istifadə edildiyini bildirib. Həmçinin hesabatda şirkətin "gizli mal satdığı” qeyd edilərək, Canın ödədiyi 317 min 738 lirənin də faizi ilə geri ödənməsinə qərar verilib.
Bundan başqa müğənninin prokurorluğa şikayətindən sonra dələduzluqda ittiham olunan şirkət sahibinə 22.5 ilə qədər həbs tələbi ilə cinayət işi açılıb.
Məsələ ilə bağlı dünən baş tutan məhkəmədə müğənninin vəkili Bülənd Ernas beş ildir pullarını və maşını ala bilmədiklərini deyib. Buna baxmayaraq Çiftkurtlar hələ də yenidən mühakimə tələb edib. Hakim yetərli dəlil olmadığını irəli sürərək yenidən mühakimə tələbini rədd edib. Qərardan sonra Çiftkurtların vəkili ilə məhkəmə hakimi arasında gərginlik dolu anlar yaşanıb./publika.az

LEGİON.AZ