Bədəl Bədəlovun ölçüyəgəlməz imkanları...
Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlovun adı son günlər mətbuatın gündəminə xoşagəlməz məsələlərlə bağlı olaraq gəlməkdədir.

Bu barədə az sonra ətraflı məlumat verəcəyik. Qısaca olaraq qeyd etmək istəyirik ki, Bədəlov Bədəl Şamil oğlu 1961-ci ildə Goranboy rayonunda anadan olub. 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Mühəndislik fəaliyyətinə "Xəzərdənizneftqaz” İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı Tikinti-quraşdırma idarəsində başlamış, böyük iş icraçısınadək yüksəlmişdir. 1997-2003-cü illərdə "Dənizdə neft və qazçıxarma” İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti” Trestinin Tikinti-quraşdırma İdarəsinin və Səyyar Mexanikləşdirilmiş Dəstəsinin rəisi vəsifələrində çalışmış, 2003-cü ildə "Azərneftyanacaq” Neft Emalı Zavodunun (Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) əsaslı tikinti üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. 2005-2007-ci illər ərzində ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru, 2007-2011-ci illərdə isə Sosial İnkişaf İdarəsinin rəisi olmuşdur. 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə ARDNŞ-nin sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib.

Bir müddət əvvəl Bədəl Bədəlovun haqqında vətəndaş şikayəti mətbuata ünvanlanıb. 


Həmin şikayətdə bildirilir: «Mən hazırda çox ağır bir vəziyyətdəyəm. Ailədə olan ciddi problemlərlə əlaqədar olaraq bütün yaxın qohumlarımızın evləri satılmalı oldu. Onlardan biri də mənəm. Borc-xərclə gəlib Keşlə qəsəbəsində güc-bəla bir sot torpaq ala bildim ki, ev tikib bir neçə ailəni müvəqqəti olsa da, ora sığındırım. Mənim tikdiyim evə yaxın bir hündür hasar var. Maraqlandım, dedilər ki, özəlləşmiş bir ərazidi, yiyəsi də Bədəl Bədəlovdur. Evi bir az qaldırmışdım ki, birdən özlərini SOCAR-ın mühafizəçiləri kimi təqdim edən bir neçə nəfər gəlib tikintini dayandırmağı tələb etdilər. Sonra arada al-ver başladı. Həmin tələbləri yerinə yetirmək gücündə olmadığım səbəbindən söhbətimiz alınmadı. Vəziyyətin belə olduğunu gördükdə, həmin adamlar başladılar birmənalı şəkildə Bədəl Bədəlovun adını hallandırmağa ki, o, icazə vermir.

Qeyd edim ki, həmin hasarın dörd bir tərəfi hündür evlərlə doludur. Mən gedib həmin ərazini mühafizə edən aşağı rütbəli əməkdaşlarla söhbət də etmişəm. Deyiblər ki, mənim evimə yaxın olan ərazinin SOCAR-a heç bir aidiyyəti yoxdur. Ora tam özəlləşib. İstənilən halda mənim evimin həmin tərəfə heç bir maneçiliyi ola bilməz. Heç həmin tərəfə pəncərə belə qoymamışam. Bir aydır ki, qalmışıq küçələrdə. Deyillər ki, bir daşı-daşın üstünə qoysanız Bədəl müəllim evi yerlə yeksan etdirəcək. Hər gün belə xəbərdarlıq alıram. İndi qalmışam çıxılmaz vəziyyətdə». Təəssüf ki, vətəndaşın bu şikayətinə baxan olmayıb.

Araşdırmalarımız göstərir ki, Bədəl Bədəlov hazırda şirkətin əsas fiqurlarından biri hesab edilir. Onun qeyri-qanuni yollara baş vuraraq maliyyə imkanlarını xeyli artırdığı, yaxın qohumlarına və ailə üzvlərinə lüks şərait yaratdığı iddia olunur. Məsələn, Bədəl müəllimin oğlu Elçin Bədəlov mütəmadi olaraq yaşadığı bahalı həyat tərzini və sürdüyü bahalı avtomobillərin şəkillərini sosial şəbəkələrdə paylaşır.

Məlumata görə, vitse-prezidentin Binəqədi rayonu «Vorovski» kimi tanınan hazırda M.Rəsulzadə qəsəbəsi adlanan varlılar məhəlləsində tikilmiş evləri, xaricdə tikdirdiyi evləri, turizm şirkətləri və bir neçə digər sahələrə yönəlmiş şirkətləri var. Dəyəri yüz min manatlarla ölçülən maşınlar sürən məmurun oğlunun aylıq qazancı isə təxminən 600-800 manat civarındadır.

Maraqlıdır, görəsən Bədəl Bədəlovun oğlu hansı pullarla bahalı həyat tərzi sürür? Hələ bu da hamısı deyil.

Növbəti yazımızda Bədəl Bədəlovun yenicə istifadəyə verdiyi «Şam işığı» restoranı və böyük avtoservislə bağlı ilginc məlumatları diqqətinizə çatdıracağıq.bakunews.az

LEGİON.AZ