Azarkeşlər stadiona girib hakimi qovdu — VİDEO
Bu gün Azərbaycanda Regional Liqasında qəribə hadisə baş verib.

LEGİON.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sabirabadın “Gənclik” komandası ilə Füzuli rayonunun eyniadlı komandası arasında baş tutan matçın son dəqiqələrində ara qarışıb.

Sabirabad komandasının qapısına penalti təyin edilməsinə etiraz edən azarkeşlər stadiona daxil olublar və penaltinin vurulmasına imkan verməyiblər. Azarkeşlər hakimi meydandan çıxarıblar.

Bununla da hesab 1-1 olarkən oyun yarımçıq dayandırılıb.

LEGİON.AZ