Yas mərasimində 58 nəfər zəhərləndi
Qazaxıstanın Akmola rayonunda 50-dən çox adam zəhərlənib.
Qazaxıstanın şimalındakı Akmola rayonunun Şortandi kəndində yas mərasimi keçirilib. Mərasimdə iştirak edən 150 nəfərdən 45-i zəhərlənib. Daha sonra zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlərin sayı 58-ə yüksəlib. Onlardan 15 nəfəri xəstəxanaya yerləşdirilib, 43 isə ambulator müalicəyə buraxılıb.
Qeyd edək ki, mütəxəssislər yas mərasimində verilən ətli xörəyin zəhərlənməyə səbəb olduğunu düşünürlər.

LEGİON.AZ