Deputatlar Məclisdə yumruq və təpik davasına çıxdılar – VİDEO
Türkiyənin Millət Məclisində MHP ilə CHP vəkilləri arasında dava olub.
“A24.az”
 
Türkiyə KİV-nə istinadən xəbər verir ki, deputatların davası kameralara yansıyıb.
Seçki ittifaqı ilə bağlı təklif edilən qanun layihəsinin qəbul edilməsindən sonra Millət Məclisində qalmaqallı müzakirələr yaşanıb. Müzakirələrdən sonra kürsüyə çıxan CHP-li İzmir millət vəkili Musa Çam  MHP sədri Devlek Bahçelini təhqir edib. CHP-li Çamın bu sözlərindən sonra Millət Məclisində gərgin anlar yaşanıb. CHP-li vəkilin parlamentdən çıxarılma cəzası alması ilə nəticələnən hadisə dəhlizdə yaşanan gərginliyi daha da artırıb. Dəhlizdə üz-üzə gələn CHP ilə MHP millət vəkilləri yumruq təpik davası edib.
“A24.az”
 Türkiyə mediasında yayımlanan görüntüləri təqdim edir:

LEGİON.AZ