NATO ölkələri Rusiyaya çağırış etdi
NATO ölkələri sinir iflici maddələrin alyansın ərazisində istifadəsinin dərin narahatçılıq keçirdiklərini qeyd ediblər. Modern.az xəbər verir ki, Şimali Atlantika Ölkələri Şurası bəyanat yayıb.
Alyans bu bəyanatın yayılması Londonun “Skripal işi” ilə tələbindən sonra NATO Qərargahında aparılan iclasda qərar verib.
Bəyanatda həmçinin qeyd olunur ki, bu Alyansın 1949-cu ildə yaradılmasından bəri ilk “rəsmi” belə hadisədir. Və bu bütün beynəlxalq hüquq normalarının pozulması deməkdir.
Həmçinin bəynatda NATO ölkələri, Rusiyanı “Noviçok” proqramı haqda bütün məlumatları Britaniyaya təqdim etməyə çağırıblar.

LEGİON.AZ