GDU-da İdman klubunun rəhbəri gözəlçələr üçün fitnes klubu, özəl kurslar açıb – İTTİHAM
“Mədəniyyəti yoxdur ki,müəllimlərin  adlarını  yoxlayarkən, adlardan sonra müəllim sözünü əlavə etsin”
Son illər ölkə mətbuatında Gəncə Dövlət Universitetində baş verən çoxsaylı qanun pozuntuları və neqativ olaylar barədə müxtəlif yazılara tez-tez rast gəlinir və bu baxımdan universitetin adı medianın  gündəmindən düşmür.
Universitetdə baş verənlərlə bağlı olaylardan bəhs edən maraqlı  məlumatlardan biri də 365info saytının elektron poçtuna daxil olub.
“Yusif  Yusibov Gəncə Dövlət Universitetinə rektor  keçdikdən sonra universitetdə “alayarımçıq” kadrlara böyük səlahiyyətlər verilib”
Bu barədə 365info -ya göndərilən şikayət məktubunda  qeyd olunub.
Məktubda sual olunur ki, Görəsən bu “lalları, korları, şilləri” rektor  haradan tapır:
“Bəlkə, Yusif  müəllim ürəyiyumşaq, insanpərvər   olduğundan  bu “alayarımçıq” kadrlara ürəyi yanır?
Belə yüksək  səlahiyyət  sahiblərindən  biri  də  Xəqani Umudovdur. O, özünün dediyi kimi  “universitetin  nəzdində  fəaliyyət  göstərən  departament sədri”dir.
Lakin  əslində  Xəqani  bəy sadəcə  idman  klubunun  rəhbəridir.Xəqani bəyin universitetdə tədris və  təlim-tərbiyə işlərinə heç bir aidiyyəti yoxdur. Lakin, nədənsə  rektor II və III tədris binalarında  müəllim  və  texniki  işçilərin işə  davamiyyətini  yoxlamağı  ona həvalə edib.
Qeyd  edək ki, Xəqani bəyin nitqi qüsurludur, yəni   pəltəkdir, loqopedə ehtiyacı var. O, öz adını hıqqıldaya-hıqqıldaya güclə deyir, o da qala yoxlama zamanı  kiminsə  adını  deyə.
Təsəvvür edin, Xəqani bəy əlində işçilərin siyahısı  ilə  hər  hansı bir kafedraya daxil olur. Bu siyahını kəkələyə-kəkələyə çox sərt qaydada yoxlayır. Mədəniyyəti yoxdur  ki, müəllimlərin adlarını yoxlayarkən, adlardan sonra müəllim sözünü əlavə etsin. Məsələn, Nigar müəllimə, Teyyub müəllim, Fatma müəllimə və s.
Elə bil ki, türmədə dustaqları yoxlayır. Belə yoxlama  bir kafedrada gün ərzində bir neçə dəfə və hər dəfə də  təqribən  yarım  saat  çəkir. Allah eləməmiş, əgər kimsə  işə gecikibsə, Xəqani bəy amiranə şəkildə əmr verir: “Gəlsin  ikinci binaya, mənim kabinetimə. Orada  qeydiyyatdan keçsin. Gəlməsə iş  gününü kəsəcəyəm, akt bağlayacağam”. Görəsən bu hakimi-amir kimə arxayındır  ki, belə “göynən gedir?”
Universitetin ikinci tədris binasının həyətində külli  miqdarda pul bahasına başa gələn müasir futbol  meydançası elə bil Xəqani bəyə babasından qalıb. Universitetdən kənar şəxslərin bu meydançada futbol oynaması üçün “departament müdiri” xüsusi qiymət  qoyub. 2 saat üçün 15 manat. Yaxşı gəlir yeridir.
İki-üç il bundan qabaq sınıq-salxaq  “09-Jiquli”  maşını  olan Xəqani bəy özünün dediyi kimi  “departament müdiri”  olduqdan bir il sonra “Nissan Teana”, bundan  bir  il keçməmiş isə “Mersedes ML” cip maşını alıb.
Görəsən, bu maşınlar hansı pullarla alınıb?
Onun II tədris binasında iki-üç darısqal otaqda yaratdığı  “fitnes klubu”na universitetin əməkdaşları buraxılmasa  da  bu klub şəhərin gözəlçələrinin əyləncə mərkəzinə  çevrilib.
Xəqani bəyin kabinetində bu xanımlar üçün meyvə-ləbləbi stolu həmişə hazırdır. Onun kreslosu isə “şah  taxtı”na bənzəyir. İş vaxtının sonuna yaxın bu kluba elə  gözəl xanımlar yığışır ki, gəl görəsən.
Fevral ayının 17-də saat 19:00  radələrində Xəqani bəy  universitetdə əyani təhsil alan Məmmədova Günay  ilə  şəhərin mərkəzində yerləşən “Kür-Araz  Əyləncə mərkəzi”ndə 11 nömrəli kupedə kef məclisi qurubdur. Stolun  üstündə nələr yox idi: bahalı şampan şərabı, balıqlar, ekzotik meyvələr, çərəzlər….
Xəqani bəy və Günay xanım heç kimdən qorxmadan və  çəkinmədən kef məclisinə öz şəxsi maşınları ilə  gəliblər. Onların maşınlarının nömrələri isə 90-TC-726  və 20-DC-226  kimidir. Bunu isə həmin obyektin işçiləri təsdiq edə  bilərlər.
Məmmədova Günay universitetin “musiqi müəllimliyi”  ixtisasının əyani şöbəsində III kursda oxuyur.
Dəfələrlə  tyutorlar və kafedranın müəllimləri bu xanım  qızın dərslərdə iştirak  etməməyi ilə bağlı orda-burda  şikayətləniblər ki, “belə olmaz, bu qız dərslərə girmir, nə  vaxt  baxırıq Xəqani bəyin fitnes klubundadır”. Bu xanım  əyani oxuya-oxuya, qeyri-qanuni olaraq  Gəncə şəhəri 1 saylı  orta məktəbində tam stat üzrə musiqi müəllimi  işləyir. Buna isə universitetin rəhbərliyi göz yumur. Axı   xanımın arxasında Xəqani  bəy durur. Onun bütün  imtahanlarında Xəqani bəyin köməyi ilə yüksək qiymətlər   yazılır və bu xanım hətta tələbə təqaüdü alır.
Bundan başqa, Xəqani bəy İnformatika  kafedrasının  xanım müəlliməsi ilə də buranın və digər əyləncə məkanlarının daimi sakininə çevrilib.
Xəqani bəyin tamahı o qədər itidir ki, bir əldə  iki yox, üç  qarpız  tutmaq istəyir. Belə ki, indi də o, abituriyent , magistr, dövlət qulluğu, müəllimlərin  işə qəbulu və  kompüterlə bağlı hazırlıq kursları təşkil etmək istəyir.
Maraqlı burasıdır ki, lisenziyası olmayan bu hazırlıq  kursları universitetin III tədris binasında təşkil olunur.
Bu  tədris  binasında təhsil alan xarici dili fakültəsinin  tələbələri üçün dərs keçməyə otaq çatışmır, amma  buna  baxmayaraq dərs otaqlarını Xəqani bəy zəbt edib,dövlət müəssisəsinin əmlakından şəxsi qazanc götürmək  məqsədi ilə geniş istifadə edir.
Aldığımız dəqiq məlumata görə, bu özəl hazırlıq  kurslarına  universitetin iki yüksək vəzifəli şəxsi də  şərikdir. Ona görə də III tədris binasında yerləşən  bu  kurs  həmin şəxslər tərəfindən texniki avadanlıqlar, noutbuklar və mebellərlə təmin olunub.
Xəqani Umudov  əslində  özünün  dediyi kimi “departament müdiri” yox, sadəcə idman klubunun rəhbəridir. Xəqani bəy GDU-nun  idman  ixtisasını  bir neçə il bundan qabaq güc-bəla ilə bitirib, magistr  təhsili yoxdur. Bir saat da  olsun belə dərs keçməyib, müəllimlik  işi ilə , ümumiyyətlə, əlaqəsi yoxdur. Bu adam qeyri-qanuni olaraq qabaqcıl  bədən tərbiyəsi və idman işçisi  fəxri adını alıb. Amma təlimata  görə həmin fəxri ad ən  azı 25  il iş stajı olan şəxsə verilə bilər. Xəqani bəyin işi  günün  müxtəlif  saatlarında, bir neçə dəfə  tədris binalarında əlində bir dəftər işçiləri  və müəllimləri yoxlamaqdır.
Maraqlıdır, idman klubunun işlərini  görəsən kim görür?
Respublikamızın əksər ali  məktəblərində bu klub idman kafedrasının daxilindədir, amma GDU-da ayrıca şöbə kimi fəaliyyət göstərir və bu işləri yerinə yetirməsə də belə  bu vəzifənin maaşını Xəqani bəy Umudov alır”.
Yazıda adıkeçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
365İNFO.AZ