Qarabağ qazisi məmurun otağında damarlarını doğradı
İmişlinin Xəlfəli kəndində Qarabağ qazisi Şəmsəddin Balakişiyev kənd İcra Nümayəndəliyindən arayış almaq üçün ondan rüşvət tələb edilməsinə etiraz olaraq özünə qəsd edib.
AzEuroNews.com
 xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov feysbukda yazıb.
Qarabağ əlili icra nümayəndəsinin kabinetində damarlarını doğrayıb. Hadisə yerinə polis və təcili tibbi yardım gəlib.
Hadisəni ört- basdır etmək üçün Qarabağ qazisinin özünə cinayət işi açmaq istəyirlər. İmişli Rayon İcra Hakimiyyəti bu barədə münasibət bildirməyib.
Rayon icra başçısı Vilyam Hacıyevin İmişlini necə idarə etdiyi və ona tabe olan məmurların fəaliyyətinin nədən ibarət olduğu bu hadisədə öz əksini tapır.

LEGİON.AZ