Təcavüzə məruz qalan şagirdin işi prokurorluqda araşdırılır
Keçən yazımızda 162 saylı məktəbin direktorunun yaxın adamı tərəfindən məktəbin 14 yaşlı şagirdinin təcavüzə məruz qalması barədə məlumat vermişdik.
Xatırladaq ki, 365info saytının əldə etdiyi məlumata görə 14 yaşlı şagirdin adı orta məktəbdə getsə də o məktəbə gəlib dərslərə qatılmayıb.
Bildirilirdi ki, baş verən hadisədən bərk narahat olan məktəbin direktoru Sevinc Abbasova vəziyyətdən çıxış yolu axtarır.
Həmçinin yazıda qeyd edilirdi ki, sözügedən hadisə ilə əlaqədar 365info saytı olaraq məktəb direktoru ilə bağlı araşdırmalar aparanda məktəbdə çoxsaylı neqativ halların mövcud olması aşkar edilib: “Ölkə mətbuatının yazdığına görə, 1936-cı ildə əsası qoyulan, Etibar Əliyev adına 162 saylı tam orta məktəbin fəaliyyəti, bu təhsil ocağında yaşananlar şagirdlərin və onların valideynlərinin kəskin etirazına, ciddi narazılığına səbəb olur.
Məlumatlı şəxsin paylaşdığı bilgidə qeyd olunur ki, direktor Sevinc Abbasova hər dərs ilinin əvvəlində bütün müəllim və pedeqoji işçilərin hər birindən “fond pulu” adıyla 30 manat, həmçinin sinif komplektlərini tənzimləmək üçün “yuxarılara veriləcək” adı ilə 100-150 manat pul toplayır: «Deyilənlərə görə, Sevinc Abbasovanın əməllərinə dözməyib yuxarı orqanlara şikayət edəcəyini bildirən müəllimlərə, direktor «əliniz hara çatır qoyun, mənim arxamda Təhsil Nazirliyinin yetkili şəxsləri dayanıb» deyir. Bundan başqa, şagirdlər və onların valideynləri də təsdiqləyə bilərlər ki, direktor fəaliyyətində ciddi nöqsanlara yol verir. Ümumiyyətlə, Sevinc Abbasova məktəbə direktor təyin olunduğu gündən bu təhsil ocağının qara günləri başlayıb. Onun fəaliyyəti təkcə orta məktəbdə təhsil alan şagirdlərin, həmin şagirdlərin valideynlərinin deyil, müəllimlərin də ciddi narazılıqlarına səbəb olur».
365info
 saytına daxil olan yeni məlumata görə 14 yaşlı məktəb şagirdinə təcavüz olunması hadisəsi Səbail Rayon prokurorluğu tərəfindən araşdırılır. Bildirilir ki,hadisə ilə bağlı barəsində prokurorluq orqanlarına şikayət olunan şəxs Amid Qəmbərlidir.
Q.Amid 162 saylı məktəb direktoru Sevinc Abbasovanın yaxın adamı sayılır.
Daxil olan məlumata əsasən məktəb direktoru prokurorluğun araşdırmasına müdaxilə etməyə cəhd etsə də hələ ki, heç bir müsbət nəticə əldə edə bilməyib.
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Şamil Əfəndi

365İNFO.AZ

162 SAYLI MƏKTƏBİN ŞAGİRDİNƏ TƏCAVÜZ OLUNUB?