"Solfeggio Lounge Club"da biabırçılıq - KÜTLƏVİ DAVADA BIÇAQLANAN VAR
Yasamal rayonunda iaşə obyektində dava zamanı bir nəfər xəsarət alıb.
Hadisə İzmir küçəsində baş verib.
Həmin küçədə yerləşən "Solfeggio Lounge Club"da əlbəyaxa dava olub.
Gecə saatlarında 1991-ci il təvəllüdlü Rəhimov Tərlan Aydın oğlu naməlum şəxslərlə əlbəyaxa dava edib. Naməlum şəxslərdən biri ona bir neçə bıçaq zərbəsi endirib. Yaralı təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib./report

LEGİON.AZ