Corciya ştatında dalğalar dinozavr qalığını sahilə vurdu — VİDEO
ABŞ-ın Corciya ştatındakı Sent-Saymons adasının çimərliyində qəribə məxluqun qalıqları tapılıb.

“Ölkə.Az” xəbər verir ki, dalğalar qədim dəniz canlısının cəsədini sahilə vurub.
Yerli sakin Ceff Uorren və oğlu fotoları mətbuata göndərib. Ceff qeyd edib ki, əvvəlcə cəsədin suitiyə məxsus olduğunu düşünüb. Amma sonradan diqqətlə baxanda, Lox-Ness gölü bədheybətinə daha çox oxşadığını dərk edib. Məxluqun uzun boynu, açıq ağzı və bir üzgəci olub. Quyruğu daha çox köpək balığı quyruğuna bənzəyir.
Amma əslində məxluqun iki üzgəci olub. Uzunluğu 1.2-1.5 metrdir. Eyni zamanda açıq ağzında xırda dişləri də görünür. Hələlik cəsədin hansı heyvana məxsus olduğu bilinmir. Alimlər araşdırmalara başlayıblar.

LEGİON.AZ