Dizayner Rüfət İsmayılının möhtəşəm Beyrut şousu -Video
Livanın paytaxtı Beyrutda keçirilən “Fashion Show” dəb sərgisində Türkiyədə yaşayan azərbaycanlı modelyer

Rüfət İsmayıl özünün «Afffair» brendinin geyim kolleksiyası nümayiş edilib.

LEGİON.AZ-ın məlumatına görə, “Obsession” adlı kolleksiyada 2018- 2019-cu illərin payız -qış mövsümünün geyimləri nümayiş etdirilib. Moda nümayişində tanınmış modellərlə yanaşı, qardaş ölkədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva da iştirak edib. Rüfətin əsas məqsədi azərbaycanlı dizaynerlərin işini dünyaya tanıtmaq və yüksək moda sahəsinə töhfələr verməkdir.

Xatırladaq ki, Rüfət İsmayıl 2014-cü ildə Əli Benham Bəxtiyar ilə Afffair brendini dünyaya tanıtmışdır. Onun kolleksiyaları böyük uğurla İtaliyada, İranda, Türkiyədə və BƏƏ-də nümayiş olunmuşdur.

LEGİON.AZ