Aydın Səfixanlı hüquq üzrə fəlsəfə doktoru olduğunu hər dəfə niyə xatırladır?

Ombudsman Aparatı ilə bağlı keçən yazımızda 365info saytının baş redaktoru Anar Asimoğlunun fikirlərini dərc etmişdik.  


Xatırladaq ki, həmin yazıda Baş redaktor vurğulayıb ki, Ombudsman Aparatına müraciət edən şəxslərə aparatın rəhbəri Aydın Səfixanlının imzası ilə şablon cavab məktubları yollanılır.

”Əslində onlara “cavab”da demək olmaz, çünki məktubların mətni eyni, başdansovdu olur, hüquq və azadlıqları pozulmuş insanlar bir növ “yola verilir”. Bir qayda olaraq Ombudsman Aparatına o şəxslər müraciət edirlər ki, hansı ki, onlar özlərinin müxtəlif problemləri ilə əlaqədar müxtəlif dövlət qurumlarının bəzi məsuliyyətsiz, etinasız məmurlarının qanunsuz hərəkətlərindən şikayətçidirlər.

Ölkə mətbuatının yazdığına görə bir dəfə tanınmış qəzetlərdən birinin jurnalistinə Aydın Səfixanlı bildirmişdi ki, bizim hərbçilərmizə ombudsman lazım deyil. Və jurnalist də Səfixanlının dediyi sözü olduğu kimi qəzetdə çap etdirmişdi.

Səhərisi gün Səfixanlı qəzetin redaksiyasına zəng edərək dediyi sözdən imtina edəndə jurnalist ona izah etmişdir ki, müsahibə diktafona yazılıb və Aydın Səfixanlının həmin fikri də səs yazısında öz əksini tapıb. Bunu eşidən Aydın Səfixanlı dəfələrlə qəzet rəhbərliyinə yalvarıb xahiş edib ki, onun jurnalistə verdiyi müsahibə heç olmasa qəzetin saytından silinsin.
Buna görə də bu gün mənə müraciət edən vətəndaşlara bildirirəm ki, “Aydın Səfixanlının imzası ilə gələn cavablardan təəccüblənmək lazım deyil. Onun fəaliyyəti, necə deyərlər göz qabağındadır. Ombudsmana müraciət edən vətəndaşlara üzümü tutub bir daha bildirirəm ki, Ombudsman Aparatından normal cavab gözləmək mənasızdır; hansı problemlə müraciət etməyinizdən asılı olmayaraq sonda yenə də şablon “Səfixanlı cavabı” alacaqsınız”,- deyə baş redaktor bildirib.

Yazıda həmçinin bildirilir ki, Aydın Səfixanlı radikal müxalifətin bir neçə mətbu orqanlarının rəhbərləri ilə isti münasibət qurub. Bu səbəbdən də Aydın Səfixanlı müxalifətin tənqid və təhqir atəşindən azad olunub. Elmira Süleymanovanın qabağında sadəcə rola girən Aydın Səfixanlı müxalifətə də sübut etmək istəyir ki, guya onun Ombudsman Aparatında əsas işi “bayram günləri”ni barmaqla sayıb Elmira Süleymanovaya mərüzə etməkdən ibarətdir: “Əldə etdiyimiz məlumata görə Elmira Süleymanova bu məsələlərdən halidir və yaxın ətrafına deyir ki, "neynəyim mənim hüquqi savadım olmadığı üçün məcburam Səfixanlının qurduğu oyunlara dözəm"" Əvvəllər mətbuatda getmiş bu informasiya öz təsdiqini tapmışdır.

Aydın Səfixanlı hər dəfə mətbuata müsahibə verəndə özünün hüquq üzrə fəlsəfə doktoru olduğunu mətbu orqanlarda xüsusi olaraq qeyd etdirməsi ilə elə bil kiməsə işarə verir ki, “Ombudsman Aparatında hüquqi savadı olan mənəm, Elmira Süleymanova yox və buna görə də aparatı mən idarə edirəm”.

Məlumat üçün bildirək ki, keçən yazımızdan sonra Anar Asimoğlu bizimlə əlaqə saxlayaraq bildirib ki, onun Ombudsman Aparatı ilə bağlı bizə verdiyi məlumatdan sonra, məsələ ilə bağlı ona müraciət edən şəxslər bldiriblər ki, Ombudsman Aparatına etdikləri müraciətlərə cavabları artıq Elmira Süleymanova özü imzalayir. Deməli belə çıxır ki, bizim yazımızdan sonra Ombudsman Aparatında müsbət dəyişiklik olub. Demək, özünü əvəzolunmaz sayan Aydın Səfixanlı artıq Ombudsman Aparatına müraciət edən şəxslərə şablon cavablar verə bilməyəcək. Məlumat üçün bildirək ki, Ombudsman Aparatının rəhbəri barədə yazdığımız yazı sosial şəbəkələrdə də birmənalı qarşılanmayıb.

Hətta bəzi sosial şəbəkə istifadiəçiləri ölkəmizdə Ombudsman Aparatının ləğv olunması ilə bağlı fikirlər söyləyiblər. Onlar bildiriblər ki, əgər Ombudsman aparatı müraciətlərə şablon cavab verirsə, onda bu aparat nəyə lazımdır?! Üstəlik hələ bu aparata hər ay budcədən külli miqadarda vəsait ayrılır.

Aydın Səfixanlının yaxın ətrafından əldə etdiyimiz məlumata görə o, özü də iş yerini Xarici İşlər Nazirliyinə dəyişib xarici ölkələrdəki səfirliklərimizin birində konsul vəzifəsində davam etdirmək istəyir.
Görünür Ombudsman Aparatını “ağ günə çıxardan” Aydın Səfixanlı indi də Xarici İşlər Nazirliyində “Səfixanov qaydası” yaratmaq niyyətindədir.

Araşdırmamız davam edir, çalışacağıq oxucularımıza hüquq üzrə fəlsəfə doktoru ilə bağlı yeni məlumatlar verək.

Murad İbrahimli

LEGİON.AZ