"Hardasan" - Aygün Kazımova
Xalq artist Aygün Kazımova yeni klipini təqdim edib.

LEGİON.AZ-ın məlumatına görə, “Hardasan” adlı mahnıya çəkilən ekran işi Azərbaycanda fəaliyyət göstərən  "Winter Road Studios" şirkəti tərəfindən ərsəyə gəlib.

Sözləri Gülağa Tənha, musiqisi İsmayıl Əsədova məxsus bəstənin klipində Aygün Kazımovanın tərəf müqabili kimi Türkiyədə yaşayan azərbaycanlı dizayner Rüfət İsmayıl çəkilib.

Klipdə Aygün Kazımovanın saç düzümü Telman Heybətov, obrazının ideyası və makiyajı isə illərdir Xalq artistinin böyük layihələrdə yanında olan stilist Ruxaya həvalə olunub.

LEGİON.AZ