Azərbaycan səhiyyəsində daha bir rüsvayçılıq: Həkim səhvi iki körpəni anasız qoydu – FOTOLAR
Səhiyyə Nazirliyi bir neçə şəxsin ölümünə səbəb olan Saniyə Məmmədova haqqında tədbir görəcəkmi?
“Qafqaz Xəbər” qəzeti
 xəbər verir ki, bu günlərdə sosial şəbəkələrdə xəstə Məmmədova Türkan İlham qızının qeysəriyyə əməliyyatı zamanı çoxlu qan itirməsi və ağır vəziyyətdə qana ehtiyacı olması ilə bağlı məlumat yayılmışdı.
Bu gün isə yayılan məlumata görə Türkan Məmmədova artıq dünyasını dəyişib.
Xəstənin yaxınlarının bildirdiyinə görə Türkan Məmmədova baş həkim Saniyə Məmmədova tərəfindən əməliyyat olunub. Bildirilir ki, əməliyyatdan bir müddət sonra xəstədə qanaxma baş verib. Belə ki, əməliyyat zamanı xəstənin damarı zədələnib. Xəstənin yaxınlarının verdiyi məlumata görə, pasiyentin qanaxması dayanmadığına səbəbindən yenidən əməliyyata alınıb. Daha sonra Bakıdan həkim briqadası gəlib və xəstə 3-cü dəfə əməliyyat olunub. Ancaq bu əməliyyatın da bir faydası olmayıb. Yaxınları xəstənin həkim səhlənkarlığı ucbatından dünyasını dəyişdiyini iddia edirlər.
Sosial şəbəkə istifadəçilərinin yazdığına görə bu əməliyyat Saniyə Məmmədovanın ölümlə nəticələnən etdiyi birinci əməliyyat deyil. Qeyd olunur ki, Saniyə Məmmədovanın səhvi ucbatından neçə uşaq anasız qalıb. Hətta istifadəçilərdən biri bildirir ki, onun nəvəsi də bu həkimin səhvi nəticəsində ölüb. Başqa bir paylaşımda isə qeyd olunub ki, bir uşaq isə doğulan zaman bu həkimin səhvindən boynu qırılıb.
Bildirilir ki, bu həkimin əlində neçə şəxs həyatını itirsə də bununla bağlı həkimə qarşı heç bir tədbir görülmür.
Şərhlərdən göründüyü kimi Şəki əhalisi Saniyə Məmmədovanın əlindən bezib və bu həkim nə qədər insanın ölmünə səbəb olsa da nə işdən çıxarılır, nə də o heç bir məsuliyyətə cəlb olunmur.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin əməkdaşı Səfayə Əhmədova bildirdi ki, Türkan Məmmədovada 5-ci hamiləlikdir, ikinci doğumdur bu artıq risk qurupuna aid olmuş xəstədir, ama ölümün araşdırılmadan, doğuşa yardım komissiyasının rəyi olmadan bu barədə məlumat verə bilmərik. Araşdırma bitəndən sonra ölümün səbəbləri bilinəcək.
Müxbirimizin “İddia olunur ki bu həkimin əlində artıq bir neçə şəxs ölüb” fikrinə, Nazirliyin əməkdaşı “onu növbəti iş günü araşdırıb məlumat verə bilərik” deyə bildirdi.
Araz Məmmədov

“Qafqaz Xəbər” qəzeti