Yaşma sakinləri susuz qalıb – ŞİKAYƏT
Porblemin nə vaxt həll olunacağı bilinmir
Bu günlərdə “Qafqaz Xəbər” qəzetinə Sumqayıt şəhər Yaşma bağ massivi sakinləri tərəfindən şikayət daxil olub.
Şikayətdə bildirilir ki, 15-20 gün qabaq Samur kanalında baş verən problemə görə Yaşma bağ massivi sakinləri susuz qalıb.
Sakinlər bildirir ki, ərazidə iş getməsinə baxmayaraq problem hələ də aradan qaldırılmayıb və problemin nə vaxt aradan qaldırılacağını da aidiyyati şəxslər demirlər.
“Artıq 15-20 gündür ki, susuz qalmışıq, bilmirik problem nə vaxt həll olunacaq, nə vaxt su veriləcək”,- sakinlər giley edirlər.
“Qafqaz Xəbər”
 qəzeti olaraq Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin suvarma sistemləri şöbəsi ilə əlaqə saxladıq.
Şöbədən bizə bildirdilər ki:”Bu problemlə bağlı məlumatımız var, idarəyə tapşırıq verilib, ancaq işlərin nə vaxt bitəcəyi ilə bağlı heç nə deyə bilmərik”.
Sənan Məmmədli

“Qafqaz Xəbər” qəzeti