“Azərsu” sayğacı qoşmaq üçün vətəndaşdan pul tələb edir?
Bu gün “Qafqaz Xəbər” qəzetinə Səbail rayonu, Zorge küçəsi 5, mənzil 8-də yaşayan Aydın Kazımov müraciət edib.
Şikayətçi bildirir ki, qeyd olunan ünvandakı evlərdə “Azərsu” sayğaclaşdırma işləri aparır, binanın suyunu kəsiblər, sayğacları quraşdırsalar da qoşmurlar ki, suları gəlsin.
“Susuz qalmışıq , nə suyu verirlər, nə sayğacı qoşurlar. Digər vətəndaşlar işçiləri çağırıb pul veriblər ki, onlar sayğacları qoşsunlar. Kim pul veribsə onların sayğacını qoşublar və suyu veriblər.Bizim sayğacı isə qoşmurlar. Bununla bağlı biz “Azərsu”nun qaynar xəttinə zəng edərək şikayətimizi bildirmişik. Ancaq oradan yalnız “araşdırıb sizə məlumat verəcik deyirlər”. Nə bir məlumat verirlər, nə də gələn yoxdur” ,-deyə şikayətçi vətəndaş müxbirimizə bildirdi.
“Qafqaz Xəbər”
 qəzeti olaraq qeyd olunan ərazidə işləri aparan şəxslərin rəhbərləri ilə telefon əlaqəsi saxlamağa cəhd etsək də onlara zəng çatmayıb.
Sənan Məmmədli

“Qafqaz Xəbər” qəzeti