Yasamalın icra başçısı döyüldü - Bir neçə gün işə gələ bilmədi - İDDİA
Yasamal Rayon İcra başçısı Əziz Əzizov sakinlər tərəfindən hücüma məruz qalıb və bir sakinlə əlbəyaxa olaraq üzündən xəsarət alıb.

Faktor.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə iddia ilə dolu məlumat yayılıb.Hadisəyə Yasamal rayonunda kanalizasiya xətlərinin partlaması vətəndaşların buna laqeyd yanaşan İcra orqanlarına qarşı etiraz etməsi səbəb olub. Belə ki, Alatava adlanan ərazidə köhnəlmiş kanalizasiya xətlərinin dəyişilməsi proqramına daxil olan adreslərdə aparılan iş nəticəsində vətəndaşın evi qəzalı hala salınıb. Bundan hiddətlənən vətəndaş icraçılarla söyüşüb. İcraçılarla vətəndaş arasında yaşanan qarşı durmadan xəbər tutan Yasamal Rayon İcra başçısı Əziz Əzizov hadisə yerinə gəlib.

Zərərçəkmişlər əsəblərinə hakim ola bilməyərək icra başçısına hücum çəkdiyi qeyd edilir. Hadisə şahidi olan etibarlı mənbənin məlumatına görə,  qəzəbi heç cür soyuda bilməyən vətəndaşlardan biri icra başçısını təhqir edərək onunla əlbəyaxaya çıxıb. Mənbənin iddiasına görə, polis tərəfindən hadisənin qarşısı alınaraq həmin vətəndaş polis idarəsinə aparılıb. Məlum olub ki, həmin vətəndaş illərdir narkotik aludəçisidir. Yayılan məlumatda oda qeyd edilir ki, üzündən xəsarət alan icra başçısı bir neçə gün işə çıxa bilməyib.

Mövzu ilə əlaqədar Faktor.az Yasamal rayon icra hakimiyət ilə əlaqə saxlayıb. Səlahiyyətli şəxslərlə danışmaq mümkün olmasa da, adını açıqlamaq istəməyən şəxs hadisəni təkzib edib. 

LEGİON.AZ