“ELS” “exit-poll”un ilkin nəticələrini açıqlayıb: İlham Əliyev 82,71 faiz səs toplayıb
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələrini açıqlayıb.

APA-nın məlumatına görə, mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, prezident seçkilərində 118 dairədə 300 məntəqədə "exit-poll" aparılıb: “80 min anket əsasında biz nəticə çıxardıq. Gün ərzində hər saatdan bir anketlər qutudan anketlər çıxarılır və səslər sayılırdı. Anketdə seçki prosesi və başqa məsələlərlə bağlı suallar var idi. Seçici fəallığı gün ərzində 68,7 faiz olub. “Exit-poll” uğurla başa çatdı. 

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin apardığı “exit-poll”un nəticələri aşağıdakı kimidir:

İlham Əliyev – 82,71 faiz

Zahid Oruc – 3,37 faiz 

Araz Əlizadə - 1,87 faiz

Qüdrət Həsənquliyev – 4,23 faiz 

Fərəc Quliyev – 1,33 faiz 

Hafiz Hacıyev – 2,1 faiz 

Razı Nurullayev – 0,92 faiz 

Sərdar Cəlaloğlu – 3,56 – faiz". 

Qeyd edək ki, seçkiləri izləmək üçün 894 beynəlxalq, 58 min 175 yerli müşahidəçi akkreditə olunub.

ATƏT Parlament Assambleyası, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi də daxil olmaqla 60 təşkilat, eləcə də 59 ölkədən beynəlxalq müşahidə missiyaları seçki prosesini izləyib.

Səsvermə prosesi 119 Seçki Dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izlənilib.

LEGİON.AZ