Arvadını kişi ilə yataqda tutan kişi: Bağışlayın narahat etdim – ŞOK VİDEO (+18)
Arvadını yataqda başqa kişi ilə tutan şəxs təəccüblü reaksiya verib.
Minval.info xəbər verir ki, hadisə ABŞ-da baş verib və baş verənlər lentə alınaraq məhkəmə prosesində təqdim olunub.
Belə ki, həyat yoldaşından şübhələnən ər qəfil evə daxil olub. Nəticədə arvadını başqa kişi ilə birgə yaxalayıb. Lakin buna sərt reaksiya verməyib və ondan boşanacağını söyləyib. Hətta “sizi narahat etdiyim üçün üzr istəyirəm” sözlərini deyib.
Kişi həmçinin onları kamera vasitəsilə lentə alıb. Həyat yoldaşı isə ondan çəkilişi dayandırmağı istəyib.
Ər arvadından xahiş edib ki, ondan boşansın və bu görüntüləri yalnız hakimə göstərəcək: “Məndən bu qədər. Qızımı çox sevirəm. Mənim üçün əsas olan budur. Səninlə aramda artıq bir şey qalmadı”.
Qeyd edək ki, ər həyat yoldaşını bu vəziyyətdə çəkməklə videonu yalnız hakimə sübut kimi istifadə etmək istəyib. Lakin görüntülər mətbuata sızıb və sürətlə yayılıb.

LEGİON.AZ