Bu imtahanda qadınlar kişilərdən daha çox uğur əldə edir - DİM
Aprelin 22-də inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik məlumatlar açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 1038 nəfəri kişi, 634 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 907 nəfər (qeydiyyatdan keçənlərin 87%-i), qadınlar üzrə isə 572 nəfər (qeydiyyatdan keçənlərin 90%-i) 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 2-si kişi, 1-i isə qadındır. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 2 nəfəri (kişi) imtahanı uğurla keçib.
İmtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 265 nəfəri (147 kişi və 118 qadın), 20‑24 yaş intervalında olan namizədlərdir. Bu yaş qrupu üzrə imtahandan iştirak edən kişilərin 51.4%-i, qadınların isə təqribən 60%-i müvəffəqiyyət əldə edib.
25-29 yaş intervalında isə 305 nəfər (187 kişi və 118 qadın) lazım olan balı toplaya bilib.
İmtahanda uğur qazanan namizədlərin 649 nəfəri, yəni təqribən 96%-i yaşı 34-ə qədər olan insanlardır. Bu göstərici 18 fevral tarixində keçirilən imtahanda da eyni idi. Bu onu göstərir ki, imtahanlarda uğur əldə edən namizədlər əsasən gənclərdir.35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 27 nəfərdir.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1672 namizəddən 676 nəfəri (40.4%) müvəffəqiyyət əldə edib. Bu 18 fevral tarixində keçirilən imtahanda qeydə alınan göstəricidən təqribən 10% daha yaxşı nəticədir.
İmtahanda uğur əldə edənlərin faiz göstəricilərinə kişilər və qadınlar üzrə baxsaq görərik ki, qadınların nəticələri az da olsa, daha yuxarıdır. Belə ki, imtahanda iştirak edən kişilərin 38%-i, qadınların isə 44.5%-i uğur əldə ediblər.
Digər statistik məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:
Ümumi məlumat
Yaş intervalı Qeydiyyatdan keçmişdir Test imtahanından uğurla keçib Faizlə (%)  
 
 
20-24 483 265 54.9  
25-29 710 305 43.0  
30-34 286 79 27.6  
35-39 100 18 18.0  
40-44 42 7 16.7  
45-49 16 1 6.3  
50-54 20 1 5.0  
55-59 12 0 0.0  
60-64 3 0 0.0  
Cəmi: 1672 676 40.4  
Kişi və qadınlar üzrə məlumat
Cinsi Yaş intervalı Qeydiyyatdan keçmişdir Test imtahanından uğurla keçib Faizlə (%)  
 
 
Kişi 20-24 286 147 51.4  
Kişi 25-29 445 187 42.0  
Kişi 30-34 176 46 26.1  
Kişi 35-39 63 8 12.7  
Kişi 40-44 30 4 13.3  
Kişi 45-49 12 1 8.3  
Kişi 50-54 14 1 7.1  
Kişi 55-59 10 0 0.0  
Kişi 60-64 2 0 0.0  
Kişilər üzrə cəmi: 1038 394 38.0  
Qadın 20-24 197 118 59.9  
Qadın 25-29 265 118 44.5  
Qadın 30-34 110 33 30.0  
Qadın 35-39 37 10 27.0  
Qadın 40-44 12 3 25.0  
Qadın 45-49 4 0 0.0  
Qadın 50-54 6 0 0.0  
Qadın 55-59 2 0 0.0  
Qadın 60-64 1 0 0.0  
Qadınlar üzrə cəmi: 634 282 44.5  
Yekun: 1672 676 40.4  
 
LEGİON.AZ