Öz gözündə tiri qörməyib, başqasının gözündə çöp axtaran “Azərsu”
Bugünkü yazımızın mövzusunun müəyyən mənada dilçiliklə bağlı olması oxucuları bir qədər təəccübləndirə bilər.

Qrammatika, morfologiya haqda mövuzlara biz adətən ümumi mövzu kimi toxunuruq və bu adətən xəbər şəklində özünü göstərir. Amma bu dəfə bu mövzuya dərindən toxunmağımız daha çox zərurətdən doğdu.

Belə ki,bu yaxınlarda “Qafqaz Xəbər” qəzetində 365İNFO.ORG saytına istinadən ““Azərsu”da korrupsiya xərçəng xəstəliyinə çevrilib” yazısı dərc olunmuşdu.

Yazıda Səbail rayonu Badamdar qəsəbəsi 2-ci massiv, 3-cü döngənin sakinlərinin “Azərsu”nun yarıtmaz fəaliyyətindən və onun korrupsioner əməkdaşlarından şikayəti əks olunmuşdur.

Yazı həmçinin Qafqaz Xəbər Agentliyinin feysbuk səhifəsində paylaşılmışdır. Təbii ki, hər bir yazı, ələlxüsus tənqidi yazı hər kəs tərəfindən eyni cürə qarşılanmır. Qarşı tərəfə isə tənqidi yazılar adətən heç xoş gəlmir. Yazıda əks olunanlarla razılaşanlar da olur, razılaşmayanlar da. Bu da təbiidir və hər kəs də yazıya şərh yazaraq öz münasibətini bildirə bilir. Adıçəkilən yazı ilə bağlı feysbukda əksəriyyət şərhlərində “Azərsu”haqda mənfi rəy yazır. Şakir İsmayılov adlı feysbuk istifadəçisi “Azərsu”nun fəaliyyətini tərifləyərək yazılanlarla razılaşmadığını qeyd edib və bizi savadsızlıqda ittiham edir. Guya ki, biz “Azərsu” sözünü yazıda düzgün hallandırmamışıq. Bundan başqa şəxsən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllını müdafiə edərək deyir ki,”O ki,qaldı Anar Cəbrayıllı kimi peşəkar və savadlı jurnalistə savadsız deməyinizə, burada da yanılırsınız”. Halbuki o yazını oxuyan hər bir adam müəyyən edə bilər ki, yazıda Anar Cəbrayıllının hansı savad sahibi olması haqda bir kəlmə belə yazılmayıb, sadəcə “Azərsu” ASC, onun rəhbəri Qorxmaz Hüseynov və təşkilatın mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı haqda tənqidi fikirlər səslənib. Yəni, Şakir İsmayılov yazını diqqətlə oxusa yaxşı olardı.

Şakir İsmayılov adlı istifadəçi bizim ünvanımıza xoşagəlməz şərhlər yazmaqla kifayətlənməyərək bizim redaksiyaya zəng edərək iradını təkrar edib.

Birincisi , çox qəribədir ki, yazı ümumiyyətlə bizim olmaya-olmaya, biz onu sadəcə başqa sayta istinadən dərc etməyimizə baxmayaraq nəyə görəsə zəng edilib bizə irad bildirilir. Üstəlik, özünü Şakir İsmayılov kimi təqdim edən şəxs özü də bizə etiraf etdi ki, “Azərsu”nun əməkdaşıdır. Yəni onun qərəzli mövqeyinin mənbəyi məlum olur. Ola bilsin ki, “Azərsu”nun muzdlu ruporları saat 5-cən “Azərsu”da işləyirlər, işdən sonra da feysbukda “Azərsu”nu haqlı tənqid edənlərə qarşı mübarizə aparırlar….

O ki,qaldı səhv məsələsinə, sadəcə Şakir İsmayılov yazının mahiyyətini qoyub sanki yazıda mütləq səhv tapmaq istəyir , səhv orda olmasa belə.

Əvvəla onu bildirək ki, insan faktoru olan yerdə səhv də olur. Saytlarda da işləyən insanlardı. Yazılarda istər qrammatik, istərsə də orfoqrafik səhvlərdən heç kim sığortalanmayıb. Hətta ən sanballı xəbər agentliklərində , saytlarda görürsən ki, hərif səhvi və ya digər səhvlər gedir. Bizim əməkdaşlar dilçilik üzrə professor olmasalar da jurnalist olaraq qrammatikanı, yazılış qaydaları heç də pis bilmirlər. Bir çox saytlardan fərqli olaraq bizim mətbu orqanlarda dərc olunan yazılarda səhvlər olsa da çox az olur, çünki bu məsələyə də redaksiya tərəfindən çox ciddi yanaşılır. “Azərsu” sözünün hallanması məsələsi isə belədir.
Bildiyiniz kimi İsimlər cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişir, yəni müəyyən qrammatik şəkilçilər qəbul edir. İsmin belə dəyişməsinə ismin hallanması deyilir. İsmin altı halı var və həmin hallar suallara görə müəyyənləşir. Müəyyənlik bildirən tə’sirlik halında olan isim müəyyənlik bildirərkən samitlə bitən isimlərdə – I , saitlə bitən isimlərdə isə – nı şəkilçisini qəbul edir, kimi? nəyi? bə’zən də haranı? suallarından birinə cavab olur. Məs: kitabı (nəyi?), Ceyhunu (kimi?), Bakını (haranı?) “Azərsu” sözünün də təsirlik halı “Azərsu”nu-dur, amma ayrılıqda “su” sözünün təsirlik halı “suyu” olur. “Azərsu”nun əməkdaşı ““Azərsu”nu “Cəbrayılsu”ya çevirənlərə “dur” deyən tapılacaq?” cümləsində səhv tutur ki, bəs niyə onda ““Cəbrayılsu”ya” yazırsız , onu da onda ““Cəbrayılsu”nu” yazın da… Amma başa düşmək lazımdır ki, “Cəbrayılsu”nu” yönlük haldadır deyə “nəyə”sualına cavab verir.” “Azərsu”ya” yazmaq olar, amma yönlük halda , məsələn, “Vətəndaş “Azərsu”ya şikayətlə müraciət etdi” cümləsindəki kimi. Bu qaydaları biz qoymamışıq ki, yaxşı çıxsın səslənsin deyə ““Azərsu” yu “Cəbrayılsu”ya çevirənlərə “dur” deyən tapılacaq?” yazaq. Bundan başqa hər bir mətn, söz qrammatik mənaya tabedir. Şakir İsmayılov əslində düz deyir ki, öyrənmək gec deyil. Necə ki, onun da hələ imkanı var öyrənməyə… “ Əgər o həqiqətən bizi sancmaq yox, həqiqətən düzgün yazılış qaydasını müəyyən etmək istəsəydi sadəcə internetdə axtarışa vura bilərdi və görə bilərdi ki, əksər mötəbər mətbu orqanlarda məhz “Azərsu”nun, “Azərsu”nu yazılır, “Azərsu”yu yox. Yeri gəlmişkən internetdə “Nazirlik “Azərsu”nu məhkəməyə verdi” , “Bakı Telefon Rabitəsi İstehsalat Birliyi “Azərsu”nu məhkəməyə verib”, “Hesablama Palatası “Azərsu”nu yoxlayır” kimi başlıqlara çox rast gəlmək olar. Düzdür, “Azərsu”yu da yazan saytlar da var və bu onu göstərir ki, bu prinsipial məsələ, qlobal bir səhv, qəbahət-filan deyil və belə şeylərə görə belə heç kimi savadsızlıqda ittiham etməyə dəyməz. Onun deməsindən belə çıxır ki, onda o saytlardakı jurnalistlərin də hamısı savadsızdır. Ümumiyyətlə dilçilik çox geniş mövzudur və burada bir çox məsələlərdə, o cümlədən mürəkkəb adların yazılışında yekdil fikir yoxdur və istisnalar həmişə olur. Onu da qeyd edək ki, “Azərsu” nu şikayət olunan qurumlar arasında rekordçu hesab etmək olar. Bu “Azərsu” sözünü Google-də axtarışa vuranda da üzə çıxır. Belə ki,bu qurumun neqativ fəaliyyətindən bəhs edən məqalələrin sayı-hesabı yoxdur. Bunların hamısını biz yazmamışıq ki…. və onların hamısı yalan ola bilməz axı?!… Nədənsə “Azərsu”da tüğyan edən, milyonlarla manatlarla ölüçülən korrupsiyanı, neqativ halları “görməyənlər” xırda bir məsələni şişirdərək orda olmayan səhvi tez görürlər. Bununla “Azərsu” elə bil öz ruporları vasitəsilə öz mənfi standartlarını mətbuata gətirərək onu da öz gününə salmaq istəyir.
Sənan Məəmədli

“Qafqaz Xəbər” qəzeti