Bakı metrosunda ciddi su sızıntısı – NARAHATLIQ (FOTOLAR)
Bakının “Həzi Aslanov” metrostansiyasının keçid hissəsinin divarlarında ciddi nəmişlik və su sızıntısı  meydana gəlib. Keçiddən keçən, metrodan istifadə edən hər kəs bu mənzərədən narahat olub. Bu səbəbdən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq. Qurum sözçüsü Minval.info-ya bildirib ki, metrostansiyasınının keçid hissəsinin divarlarındakı nəmişlik və su sızmasının qarşı alınıb: “”Həzi Aslanov”un yuxarı hissəsində su borusu partlayıb. Həmin sudur ki, divarlara bir xeyli nəmişlik verib. Hal-hazırda da su sızıntısının qarşısı alınıb”. Nəsimi Paşayev baş verən kiçik hadisənin də metrodan istifadə edən vətəndaşlara heç bir təhlükə yaratmayacağını da sözlərinə əlavə edib.Minval.info

LEGİON.AZ