Formula 2-də sərbəst yürüşə start verildi
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü start götürüb. Teleqraf.com xəbər verir ki, 13:00-da başlayan sərbəst yürüşlər 1 saat 30 dəqiqə davam edəcək. Sərbəst yürüşlərə 10 komandanın heyətində 20 pilot qatılacaq. Yarışlarda “Mercedes”in heyətində Luis Hamilton, Valterri Bottas, "Ferrari"nin heyətində Sebastyan Fettel, Kimi Raykkonen, "Red Bull"un heyətində Daniel Rikkardo, Maks Ferstappen, "Fors İndia"nın heyətində Serxio Peres, Esteban Okon, "Uilyams"ın heyətində Lens Stroll, Sergey Sirotkin, "Reno"nun heyətində Niko Hülkenberq, Karlos Sayns, “Toro Rosso”nun heyətində Pyer Qasli, Brendon Hartli, "Haas"ın heyətində Roman Qrojan, Kevin Maqnussen, "MakLaren"in heyətində Fernando Alonso, Stoffel Vandorn, "Sauber"in heyətində Markus Eriksson və Şari Lekler çıxış edəcək. Saat 15:00-da isə Formula 2-nin sıralama turu başlayacaq. Yarışda 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir. *** Bu gün Bakıda FIA Formula 2 sinfində avtoyürüşlərin praktiki sessiyası başa çatıb. Sərbəst yürüşlərdə 10 komandanı təmsil edən 20 pilot iştirak edib. Qeyd edək ki, bu gün Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi başlayır. Trasda hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebestyan Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar var. *** Aprelin 27-də Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında Formula 2 yarışı üzrə sərbəst yürüşlərə start verilib. 45 dəqiqə davam edəcək sərbəst yürüşlər başa çatdıqdan sonra saat 13:00-dan 14:30-dək Formula-1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü keçiriləcək. Saat 15:00-da isə Formula 2-nin sıralama turu başlayacaq. Yarışda 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir. Xatırladaq ki, ötən il Bakıda Formula 2 turunun ilk yarışında “Pertamina Prema Theodore Racing” komandasının pilotu Çarles Lekrerk, ikinci yarışında isə “BWT Arden” komandasının pilotu Norman Nato qələbə qazanmışdı.

LEGİON.AZ