Karapetyan Paşinyana "yox" dedi: İnqilab dalana dirənir...
Baş nazirin vəzifələrini icra edən Karen Karapetyan hesab edir ki, əgər bir tərəf danışıqların mövzusunu diktə edir, digər tərəfsə danışıqların gündəliyini təsəvvür etmirsə, bunu danışıqlar adlandırmaq olmaz.
Teleqraf.com
-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bunu Ermənistan Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Aram Araratyan Karen Karapetyanın müxalifət lideri Nikol Paşinyanla görüşdən imtina etməsinin səbəbinə aydınlıq gətirərkən bildirib.
Araratyan bu fikirləri Feysbukda açıqlayıb. O, daha sonra bildirib:
"Karen Karapetyanın fikrincə, görüşün kameralar qarşısında keçirilməsi barədə tələb onu göstərir ki, müxalifətin məqsədi heç də nəticəyə nail olmaq deyil. Müxalifət lideri Prezident Armen Sərkisyanın mövcus problemləri birgə müzakirə etmək çağırışına qulaq asmalıdır".

LEGİON.AZ