62 yaşlı kişidən evlilik təklifini rədd edən sevgilisinə qarşı ŞOK ƏMƏL
Gecə yarısı evə nərdivanla dırmaşan yaşlı kişi dəhşət saçıb.
Publika.az xəbər verir ki, Türkiyənin İzmir şəhərində yaşayan 62 yaşlı K.Mustafa 55 yaşlı Vicdan Özetçini və daha əvvəl həyat yoldaşından boşanaraq anası ilə yaşayan qız Hülyanı ov tüfəngi ilə vurub.
Binanın ikinci mərtəbəsinə nərdivanla çıxan kişi eyvanın qapısını zorla qıraraq içəri daxil olub. Cinayətə səbəbə isə 55 yaşlı qadının onun evlilik təklifini rədd etməsi olub.
Silah səsini eşidən qonşular dərhal polisə xəbər veriblər. 55 yaşlı qadın döş qəfəsinin sol nahiyəsində aldığı güllə yarasından hadisə yerində həyatını itirib. Qızı isə təcili tibbi yardımla yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Polis faktla bağlı araşdırma aparır. K.Mustafanın axtarışları davam etdirilir.

LEGİON.AZ