Çinlilərdən Cüneyt Çakıra astronomik transfer TƏKLİFİ
Son illərdə futbola ən çox pul xərcləyən ölkələrdən olan Çin məşqçi və futbolçulardan sonra hakimləri də transfer etməyə başlayıb.
Publika.az xəbər verir ki, ölkələrindəki futbolun keyfiyyətini artırmaq üçün bu qərarı qəbul edən çinlilər 2018 Dünya Çempionatında iştirak edəcək hakimlərin arasında seçim ediblər.
Onların seçimi türkiyəli hakim Cüneyt Çakırdan yana olub. FİFA lisenziyalı hakim Çindən astronomik təklif alıb. Artıq 42 yaşına qədəm qoyan təcrübəli hakimin təklifə müsbət baxdığı bildirilir.
C.Çakır Çin Futbol Federasiyası ilə razılaşma əldə edərsə, gələn mövsümdən etibarən Super Liqanı tərk edəcək.
Qeyd edək ki, Çemopionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq “Real” – “Bavariya” oyunu da türkiyəli mütəxəssisə tapşırılıb.
Xatırladaq ki, hakim transferinin təməlini Səudiyyə Ərəbistanı qoyub. Ərəblər ötən ilin fevral ayında dünyaca məşhur ingiltərəli hakim Mark Klattenburqu transfer etmişdi.

LEGİON.AZ