1 saylı körpələr evində rəzalət: Uşaqlar üçün gətirilən ərzağı belə oğurlayırlar (VİDEO)
Bakıda 1 saylı körpələr evi ilə bağlı görüntülər yayılıb.

AZXEBER.COM-un məlumatına görə, görüntüləri müğənni Rəqsanənin qızı Aysin İsmayılova çəkərək öz şəxsi "İnstagram" hesabında paylaşıb.

Görüntülərdə 1 saylı körpələr evindən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün gətirilən ərzaqların maşınla başqa yerə daşındığı əks edilib. A. İsmayılova sözügedən hadisəyə səssiz qala bilmədiyini yazıb:

"Bu mənzərə ilə artıq bir neçə dəfədir ki, qarşılaşıram. Bura 1 saylı körpələr evinin həyətidir. Bu videonu çəkməkdə məqsədim odur ki, hər dəfə bura xeyli bazarlıqlar- geyimlər, yeməklər, şirniyyatlar, qoyun ətləri, bir sözlə hər şey gəlir. Kimə gəlir? Oradakı körpələrə! Amma o uşaqlar bunların 10 faizini görür. Niyə?! Çünki 1 gün sonra o bazarlıqlar maşınlara doldurulur və harasa gedir. Sadəcə mənə bir vətəndaş olaraq çox maraqlıdır... O bazarlıqları siz hara aparırsız? Düşünürəm ki, cavabı hər kəs bilir. Amma yenə də biz soruşaq görək hara gedir? Bəlkə də açıqlaması var”.

Həmin görüntüləri təqdim edirik

LEGİON.AZ