"Vatsap"dan növbəti YENİLİK
"Votsap" ("WhatsApp") messencerinə bütün fərdi məlumatları yükləmək mümkün olacaq.
Publika.az xəbər verir ki, Avropa Birliyinin yeni qanununa əsasən messencer yeni funksiyasını aktivləşdirməyə hazırlaşır.
"Feysbuk" ("Facebook") istifadəçilərinin fərdi məlumatlarından üçüncü şəxslərin istifadəsinə dair yayılan qalmaqallı məlumatdan sonra Avropa Birliyi internetdə fərdi məlumatların mühafizəsi haqda yeni qanun qəbul edib. Qanunla tənzimlənən tələblərə görə, istifadəçilər sayt, sosial şəbəkə və ya messencerin onlar haqda hansı məlumatlar topladığını bilməlidir. Bu məqsədlə "Votsap" ("WhatsApp") messencerinə şəxsi informasiyalara dair yeni funksiya əlavə edilib.

İstifadəçilər messencer vasitəsilə "Hesab haqda informasiyanı əldə etmək sorğusu" funksiyasının köməyilə hansı məlumatlarının bazaya yükləndiyini öyrənə biləcəklər. Hazırda messencerin yeni funksiyası "Android" sistemi ilə təchiz edilmiş smartfonlarda aktivdir.

LEGİON.AZ