Maşını arxaya verən sürücü qardaşını vurub öldürdü
Aprelin 29-da saat 22 radələrində Bərdə rayonunun Vəliuşağı kəndində bəfbəxt hadisə baş verib.

Modern.az
 Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, kənddə yaşayan Pənah Ağayev evinin həyətində “VAZ-2106” markalı avtomobili geriyə hərəkət etdirərkən qardaşı Zabili vurub. Nəticədə Zabil aprelin 30-da yaşadığı evdə ölüb.

Araşdırma aparılır.

LEGİON.AZ