Nazir ailə biznesinə görə işdən qovuldu
Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin energetika naziri Vladimir Potupçiki vəzifəsindən azad edib.
Publika.az xəbər verir ki, bu barədə mətbuata dövlət başçısının mətbuat xidməti məlumat verib. Bildirilib ki, nazirin işdən çıxarılmasına səbəb vəzifəsindən sui-istifadə etməsi olub.
Belarusiya Dövlət Təhlükəsizlik Komitəsinin sədri Valeriy Vakulçuk ölkənin “Belarus 1” televiziyasında çıxışı zamanı bildirib ki, nazir V.Potupçikin qanunsuz ailə biznesi ilə məşğul olduğu və bu sistemdə olan digər vəzifəli şəxslərə himayədarlıq etdiyi üçün vəzifəsindən çıxarılıb.

LEGİON.AZ