Lavrov: “Rusiya Ukraynayla müharibə aparmır”
“Rusiya Ukrayna ilə heç bir müharibə aparmır”.
Publika.az xəbər verir ki, bunu İtaliyanın “Panorama” jurnalına müsahibəsində Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.
“Hər şeydən əvvəl, prinsipial bir məsələyə diqqəti yönəltmək istəyirəm: Rusiya Ukraynayla heç bir müharibə aparmır. 2014-cü ilin fevralında hakimiyyətə dövlət çevrilişi nəticəsində gəlmiş millətçilər öz xalqına qarşı müharibəyə başladılar. Müharibə Kiyevlə Ukraynanın regionları arasında gedir”, - o deyib.
Nazir vurğulayıb ki, Ukraynada daxili siyasət böhranı kənardan – bütün dünyanı öz təsiri sferasına aid edən ABŞ-ın başçılıq etdiyi qərb dövlətləri qrupu tərəfindən provakasiya edilmişdi.

LEGİON.AZ