Nazir generalı təqaüdə göndərdi
Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, H.Əlixanov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib: "Hüseyn müəllimin 65 yaşı tamam olmuşdu, ona görə də təqaüdə göndərilib".
***

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib.

Ədliyyə general-mayoru Hüseyn Əlixanov tutuduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.
Məsələ ilə bağlı açıqlamasında Hüseyn Əlixanov işdən getməsini təsdiqləyib: "Mən işləmirəm artıq, təqaüdə çıxmışam. Hələki yerimə təyinat yoxdur.” (unikal.org)

LEGİON.AZ