Astarada yol qəzasında üç nəfər xəsarət alıb
Faktla bağlı araşdırma aparılır

Astara rayonunda yol qəzası baş verib. "Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Ələt-Astara magistralının Çayoba kənindən keçən hissəsində "VAZ 2107" markalı avtomobil "Tofaş" markalı avtomaşınla toqquşub. Nəticədə üç nəfər xəsarət alıb.

Bunlar 1991-ci il təvəllüdlü Astara rayon sakini Qənbərov Emin Baloğlan oğlu, Biləsuvar rayon sakinləri 1990-cı il təvəllüdlü Orucov Muxtar Yusif oğlu və 1989-cu il təvəllüdlü Abbasov Elmar İmamverdi oğludur. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılardan biri Nəqliyyat departamentinin əməkdaşıdır. 
Faktla bağlı araşdırma aparılır.

LEGİON.AZ