Şamaxıda AĞIR QƏZA: “Shacman”la minik avtomobili toqquşdu, 5 yaralı
Bakı-Şamaxı yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Şamaxı rayonunun Pirsaat kəndi ərazisində "VAZ 21015" markalı minik avtomobili qarşı tərəfdən gələn "Shacman" markalı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində 1989-cu il təvəllüdlü Seymur Niftəliyev, 1984-cü il təvəllüdlü Rahil Niftəliyev, 1940-cı il təvəllüdlü Nərminə Niftəliyeva, 1988-ci il təvəllüdlü Sahil Məmmədov və 1966-cı il təvəllüdlü Yavər Babalı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (apa)

LEGİON.AZ