Nazirlik bələdiyyə sədrini cərimələdi
Hacıqabul rayonu Nəvai qəsəbəsi ərazisində əmələ gələn məişət tullantılarının qəsəbə bələdiyyəsi tərəfindən qanunvericiliyə uyğun idarə olunmadığı və qeyri-mütəşəkkil atıldığı aşkar edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, faktla bağlı Nəvai bələdiyyəsinin sədri Səmayə İsmayılova barəsində protokol tərtib olunub. Bələdiyyə sədrinin vəzifəli şəxs qismində inzibati qaydada 2000 manat məbləğində cərimə edilməsi üçün zəruri tədbirlər görülür.
Tullantıların qısa vaxt ərzində təmizlənib, ümumrayon məişət tullantısı yığım yerinə daşınması üçün S.İsmayılovaya icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

LEGİON.AZ