Rasim Balayev: “Əxlaqsız adamlar mənə əxlaqdan dərs keçir” - VİDEO
“Bizim vaxtımızda efirə nümunəvi adamlar çıxırdı. Küçədən keçənlər efirə çıxa bilməzdi. Bu gün küçə adamları ekranlardadı. Əxlaqsız adamlar mənə əxlaqdan dərs keçir”.
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev “Yeni avaz”a müsahibəsində deyib. Kanalların bu günki vəziyyətindən gileylənən Xalq artisti qeyri-peşəkar televiziya işçilərini kəskin tənqid edib:
“Rüşvətxor adam mənə rüşvətdən, ağılsız mənə ağıldan dərs deyir. Nə cürə geyinib səhnəyə, ekrana çıxırlar. Yaxşı, bunların öz yiyəsi, əri, qardaşı, bacısı yoxdur. Bəs bu televiziyanın sədri yoxdur?”

LEGİON.AZ