Sumqayıtda "zavod çörəyi" alana 20 qəpik "hədiyyə"?-VİDEO
Sumqayıt Çörək Zavodunun istehsalı olan çörəyin içindən pul çıxıb.

Bu barədə AFN-in redaksiyasına Murad Həsənli adlı Sumqaylt sakini məlumat verib. Onun sözlərinə görə, şəhərdəki marketlərdən birindən Sumqayıt çörək zavodunda istehsal olunan “zavod çörəyi” alandan sonra maraqlı mənzərə ilə üzləşib: "Belə ki, evdə yemək zamanı çörəyi əl ilə doğrayarkən onun içində 20 qəpik pul olduğunu gördüm".

Vətəndaş üzləşdiyi hadisəni videoya çəkərək redaksiyamıza göndərib. Həmin videonu təqdim edirik:

LEGİON.AZ