Magistral yolun kənarından ağacları çıxarıb apardılar
Gəncə-Yevlax magistral avtomobil yolunun kənarında yaş köküstə 3-4 sm diametrliyində 35 ədəd şam ağacının kökündən çıxarılaraq aparıldığı aşkar olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, faktla bağlı akt tərtib edilib və təbiətə 8400 manat ziyan dəydiyi məlum olub.
Ağacların kim tərəfindən çıxarılaraq aparıldığının müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsinə göndərilib.

LEGİON.AZ