Hadisə qorxu dolu anlar yaşadı
Tikanlı məftilləri aşaraq Hadisənin evinə keçən pərəstişkarını müğənni bağışlamayıb.
Publika.az xəbər verir ki, pozğun pərəstişkarını məhkəməyə verən müğənni 3 aydan 1 ilə qədər həbs tələb edib.
Prokurorluq tərəfindən aparılan istintaqda 32 yaşlı Serkan adlı şəxs peşman olduğunu söyləsə də, Hadisə "Etdiyi çox dəhşətlidir", - deyərək şikayətindən imtina etməyib.
Xatırladaq ki, həmin şəxs Hadisəni görmək üçün onun yaşadığı evə soxulmağa çalışıb. Tikanlı məftilləri açıb içəriyə girən şəxs son anda yaxalanmışdı.

LEGİON.AZ