Bakıda qoyunlar yarışan "Formula 1" pilotlarına mane oldu - VİDEO
“Azərbaycan Gran Prisi” üçün Bakıya gələn “Formula 1” pilotları Bakıda əyləncəli anlar yaşayıblar.
“A24.az” xəbər verir ki, pilotlar şəhərdən kənarda palçıq vulkanlarının püskürdüyü torpaqlarda “Niva” markalı avtomobillə yarışıb. Yarışan pilotlar isə “Red Bull Racing” yarışlarının tanınmış pilotları Daniel Rikardo və Maks Verstappen olub.
Yarış “Formula 1” Azərbaycan Qran Prisindən əvvəl keçirilib. Ağ və qara rəngli “Niva”larla yarışan zaman pilotlar əngəllə qarşılaşıb. Belə ki, sürətlə yolda şütüyərkən qoyunlar onların yolunu kəsib. Pilotlardan biri avtomobildən düşərək qoyunları yoldan çəkib.
“A24.az” Türkiyə mediasında yayımlanan həmin anların görüntüsnüü təqdim edir:

LEGİON.AZ