Bu bankın vəzifəli şəxslərinə cinayət işi açıldı - KORRUPSİYA
“Bank Respublika” ASC-nin İmişli filialının kredit mütəxəssisi işləmiş Pərviz Hacıyev və filialın digər vəzifəli şəxsi Pərvin Həşimov, Məmməd Abbasov və Nicat Cəfərovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Publika.az xəbər verir ki, “Bank Respublika” ASC-nin İmişli filialının vəzifəli şəxsləri tərəfindən 12 avqust 2014-cü ildən 2015-ci ilin oktyabrın 31-dək olan müddətdə Mərkəzi Bankın “Banklarda kredit verilməsi” qaydalarının tələblərini kobud şəkildə pozublar.
Nəticədə, bankın qanunla qorunan manfeylərinə külli miqdarda ziyan vurulması ilə bağlı bankın rəhbərliyinin müraciət əsasında toplanmış materiallarda cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olub.
İstintaq sənədlərinə görə, Pərviz Hacıyev “Bank Respublika” ASC-nin İmişli filialının kredit mütəxəssisi vəzifəsində işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədlə öz qulluq səlahiyyətlərindən qulluq manafeyinə zidd olaraq istifadə edib. Bununla da Pərviz Hacıyev bir qrup şəxslə cinayət əlaqəsinə girərək, vəzifə səalhiyyətlərindən sui-istifadə edib. İstintaq orqanı tərəfindən Pərviz Hacıyev, Pərvin Həşimov, Məmməd Abbasov və Nicat Cəfərovun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. İstintaq davam edir.

LEGİON.AZ