Uşaqların bağçaya qəbulu ilə bağlı YENİLİK: bundan sonra...
“Təhsil haqqında” qanuna edilən dəyişiklik bundan sonra məktəbəqədər təhsilə üç yox, bir yaşdan başlamasına imkan yaradacaq”.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili İsa Həbibəyli qanun layihəsi barədə Milli Məclisdə çıxışı zamanı deyib.
İ.Həbibbəyli bildirib ki, bu qanunun qəbulu valideynlərin işlərinə sərbəst şəkildə davam etməsinə imkan yaradacaq:
“Bundan sonra övladını bir yaşdan məktəbəqədər təhsil müəssisəsinə getməsinə imkanı olan ailələr yeni övlad dünyaya gətirməyə də maraqlı olacaq. Bu da ölkədə əhalinin say tərkibinin artmasına təsir göstərəcək. Bundan başqa, ölkəmizdə bir-beş yaşda uşaqların məktəbəqədər təhsilə qəbul könüllü, yalnız beş yaşdan sonra məktəbəqədər təhsilə qəbul məcburidir. Bu, bütün dünyada belədir”.
Qanun layihəsi ətrafında millət vəkillərinin müzakirəsinə verilib.

LEGİON.AZ