Piyadalara qənim kəsilən sürücülər kameraya düşdü - VIDEO
Bir neçə ay öncə Heydər Əliyev prospektində iki bahalı avtomobil bir-biri ilə yarışa çıxan zaman iki nəfəri vurmuşdu. Uzun müddət gündəmin mövzusu olan "Galenvagen" və məmur balaları mövzusu deyəsən tez unuduldu. 

BiG.AZ
 avtosfer.az-a istinadən xəbər verir ki, Bakının Atatürk prospektində iki avtomobil - 90 DU 357 dövlət nömrə nişanlı, "Range Rover" və 90 RK 555 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobil "yarışır". Piyada keçidindən keçmək istəyən vətəndaşı isə az qala əzib keçsinlər. Cəmi bir addım geri atmaqla piyada ölümdən döndü.

Dəfələrlə bu barədə deyilsə də, harınlamış bu şəxslər sanki özlərini hamıdan üstün hesab edirlər. Amma bu cür hərəkətlərin sonu ya həbsxana, ya da qəbir olur.

LEGİON.AZ