Paşinyan baş qərargah rəisini işdən qovdu
Ermənistanın baş naziri Nikol Paşinyan silahlı qüvvələrin baş qərargah rəisi Movses Akopyanın vəzifəsindən azad edilməsi ilə bağlı prezident Armen Sarkisyana müraciət edib.

Publika.az “news.am”-a istinadən xəbər verir ki, Paşinyan bunu Nazirlər Kabinetinin iclasında açıqlayıb.

Onun sözlərinə görə, Akopyan bu gün vəzifəsindən azad ediləcək: “Baş qərargah rəisi postuna kimin təyin olunacağı günün sonunda məlum olacaq. Yeni təyin olunacaq rəis sabah komandanlığa təqdim ediləcək”.

LEGİON.AZ